Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl
    Milli-mənəvi dəyərlər HƏYATIN AYNASI üçün şərhlər bağlıdır

    DSC_7391Azərbaycan Milli Mətbuatının 141 yaşı tamam olur. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı. Amma milli dilin, milli ənənənin yaşaması naminə hər çətinliyə dözdü.
    Bu gün mətbuatımız yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın təməli isə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Medianın cəmiyyətdəki rolunu çox yüksək qiymətləndirən Ümummilli Lider demişdir: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir… O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
    Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasının” təsdiq edilməsi, 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar olmuşdur.
    Bu qayğı və diqqətin nəticəsidir ki, ölkə başçısı “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ MİLLİ MƏTBUATIN 141 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Изображение 047Изображение 130Tərtər rayonunda Azərbaycan Milli Mətbuatının 141 illiyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə düzənlədiyi konfransın iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda həyata keçirilən quruculuq işlərindən söz açıb. Tərtərin ölkəmizin ictimai fikir tarixində oynadığı rolu önə çəkən icra başçısı onu da bildirib ki, cəbhəyanı bölgə olan rayon mühüm strateji məntəqədir. Burada baş verən proseslərin ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması son dərəcə mühüm əhəmiyyət daşımaqdadır. Belə obyektiv rəyin formalaşması isə əsası Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqliklə mümkündür. Çünki Həsən bəy jurnalistlik fəaliyyəti göstərməklə yanaşı, həm də böyük vətənpərvər ziyalı idi. Bu gün onun varisləri olan jurnalistlər də vətənpərvərlik dəst-xəttini qoruyub yaşatmalıdırlar. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Təhsil TƏRTƏRDƏ TƏRTƏR, AĞDAM, AĞCABƏDİ, LAÇIN, FÜZULİ, XOCAVƏND RAYONLARININ TƏHSİL İŞÇİLƏRİ İLƏ GÖRÜŞ OLUB üçün şərhlər bağlıdır

    DSC_0204sehfe2Tərtər Rayon Mədəniyyət Mərkəzində təhsil nazirliyi respublikanın bölgələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və yenilənən informasiya cəmiyyətində onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək məqsədi ilə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirib.
    Öncə təhsil nazirinin müavini Firudin Qurbanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib.
    Görüşdə rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, bölgədə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Müstəqim Məmmədov uşaqların, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirib və rayon təhsil işçilərinə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edib. Daha ətraflı »

    Teqlər: ,

  • 18İyl
    Xəbərlər ŞƏHİD ŞAHLAR ALLAHVERDİYEVİN BARELYEFİNİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    DSC_1448 (Копировать)sehidin baralryfi acŞahlar Allahverdiyev doğulduğu kəndi, onun insanlarını çox sevirdi. Ölümündən 22 il ötsə də, qədirbilən xalqımız igid döyüşçünü unutmayıb. Bu günlərdə Şahların doğma kəndi olan Sarovda, onun adı verilmiş kənd həkim məntəqəsinin həyətində qəhrəmanın barelyefinin açılışı oldu. Bu münasibətlə keçirilən tədbirə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Şahlar Allahverdiyevin doğmaları və döyüş dostları toplaşmışdılar.
    Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, keçmiş döyüşçülər Pənah Məmmədov, Şəkidən Xəlil Maqsudov və Aydın Paşayev, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin atası Mənsim və qardaşı Niyaz Allahverdiyevlər qəhrəmanın keçdiyi döyüş yolundan qürur hissi ilə söhbət açdılar.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov öz çıxışında bildirdi ki, şəhidlik elə bir zirvədir ki, bu zirvəyə yalnız seçilmişlər ucalırlar. Ölkəmizdə şəhid ailələri dövlətin daimi qayğısı ilə əhatə olunublar. Bu gün Sarov kəndində Şahlar Allahverdiyevin barelyefinin açılışı bunun bariz nümunəsidir.
    Sonra rayon rəhbəri və şəhidin atası barelyefin üzərindən örtüyü götürdülər. Qəlblərdə yaşayan qəhrəman yenidən doğma kəndinə döndü, ancaq vətən daşı kimi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18İyl
    Xəbərlər DÖVLƏT MÜŞAVİRİ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 125dovlet musaviri terterdeBu günlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Kamal Abdullayev və rayon rəhbəri Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
    Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbay-can, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışmış, dövlətdin münasibətlərindən söhbət açmışdır.
    Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Xəbərlər SAROV KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ–QƏBUL üçün şərhlər bağlıdır

    DSC_1476 (Копировать)sarovda seyyar qabulRayonumuzda sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun bir səbəbi də rayon icra hakimiyyəti başçısının kəndlərdə keçirdiyi səyyar görüş–qəbullardır. Belə görüşlər zamanı sakinlərin bir çox problemləri elə yerindəcə həllini tapır.
    Bu günlərdə belə tədbirlərdən biri Sarov kəndində keçirilib. Səmimi və açıq söhbət şəklində keçən görüşdə sakinlərdən Əbülfəz Kərimov, Mehman Səfərov, Rəhbər Şirinov, Məhbubə Əhmədova və başqaları yay aylarında sahələrin suvarılmasında üzləşdikləri su qıtlığından, işıq dirəklərinin köhnə olduğundan bəhs ediblər. Tədbirə gələnlər eyni zamanda son illərdə kənddə görülən işlərə görə, xüsusən də evlərə mavi yanacağın verilməsi, yolların abadlaşdırılması, əkinçiliyin və heyvandarlığın inkişafına dövlət dəstəyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
    Sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sonda aidiyyati idarə və müəssisə rəhbərlərinə lazımı tapşırıqlar verib.

    Teqlər:

  • 18İyl
    Xəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_0518xarici jurnalistler terterdeİyulun 2-də xarici jurnalistlər –Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olmuşlar.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
    Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb.
    Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində erməni artillerliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N. saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.

    Teqlər:

  • 18İyl
    Xəbərlər GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Изображение 151Esger yola salmaBu günlərdə rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.
    Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
    Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və Hüquq Mühafizə Veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Digər AĞDAMIN İŞĞALINDAN 23 İL ÖTÜR üçün şərhlər bağlıdır

    10574366_351433188337470_1809592063895910945_nAğdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 kvkm olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
    1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avto-maşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpələr evi var idi. Ölkəşünaslıq muzeyi , çörək muzeyi, üç kitabxana, mədəniyyət evi, kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış, viran edilmişdir.

    Teqlər:

  • 18İyl
    Kənd təsərrüfatı TAXIL BİÇ İNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    1372079202_00012016-cı ilin məhsulu üçün rayonumuzda 12214 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bunun 7932 hektarı buğda, 4282 hektarı arpa olmuşdur. Taxıl biçini mütəşəkkil təşkil edildiyi üçün məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2016-cı il tarixdə rayonda taxıl biçini başa çatıb. 7932 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,3 sentner olmaqla 29586 ton, 4282 hektar arpa sahəsinin hər hektarından məhsuldarlıq 27,2 sentner olmaqla 11647 ton məhsul toplanmışdır.
    Qeyd etmək lazımdır ki, rayonun bir sıra kəndlərində taxılçılıq sahəsində hər hektardan alınan məhsul rayonun orta göstəricisindən yüksək olmuşdur. Belə ki, Hüsənli kəndində hər hektardan 40 sentner, Burucda 39,2 sentner, Mamırlıda 38,6 sentner və Kəngərlidə 38 sentner məhsul götürülmüşdür.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər: ,