“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə Nuriyevanı ziyarət edib, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.
Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.



Bərdə şəhərində keçirilən qarşılaşmada Tərtər FK-sı rəqibi Bərdə FK ilə 2:2 hesabı bərabərlik edib.

Milli Məclisin deputatı Anar Məmmədovun, Tərtər Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xan” restoranında Tərtər, Ağdərə və Goranboy rayonlarından olan şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.
Ulu Öndər Heydər Əliyev, Novruz bayramı haqqında deyib: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”

Bu gün baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan Novruz Qəhrəman Tərtərdə təntənə ilə qeyd olunub.
Əziz tərtərlilər, Sizi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi, bərəkət arzulayıram.
Azərbaycan Region Liqasının II turunun oyunları çərçivəsində Tərtər FK-sı qələbə qazanıb.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib.
Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxış edib.
Azərbaycan qadınının siyasət sahəsindəki rolu hər zaman dərin izlər buraxmış və cəmiyyətin inkişafına müstəsna töhfələr vermişdir. Bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyində, parlamentdə, beynəlxalq arenada və sosial-siyasi platformalarda söz sahibi olan liderlərdir. Bu ilin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınının siyasətdəki mühüm yerini və qürur-verici yolunu nəzərdən keçirərkən qeyd edilməlidir ki, bu yolda ən parlaq nümunə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva kimi bir liderin fəaliyyətidir.
2017-ci ildə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunaraq ölkənin ən yüksək dövlət idarəçilik strukturlarından birində fəaliyyət göstərməyə başladı. Bu təyinat qadınların dövlət idarəçiliyində mühüm rol oynaya biləcəyini bir daha sübut etdi. Mehriban Əliyeva vəzifəyə gəldikdən sonra sosial rifah siyasətinin gücləndirilməsi, əhalinin həssas təbəqələrinin müdafiəsi və dövlət proqramlarının effektiv icrası istiqamətində mühüm qərarlar qəbul edildi.
Yeni ismarıclar