Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
–Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun. Daha ətraflı »
-
30AvqDigər UŞAQLARDA ASILILIQ NECƏ YARANIR? üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
30AvqMilli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAQ üçün şərhlər bağlıdır
“QONAQ ALLAH QONAĞIDIR”
Qədim Azərbaycan adət-ənənəsinə görə qonaq Allahın qonağı sayılır. Hər bir evdə, hətta kasıb ailələrdə belə qonaqlar üçün ayrıca otaq ayrılır. Ən yaxşı əşyalar burada saxlanılır, bahalı qabqacaq qonaqlar gələndə işlədilir. Ona görə də bütün dünyada Azərbaycanın adı çəkiləndə ilk növbədə xalqımızın qonaqpərvərliyi, səmimiyyəti yada düşür.
Azərbaycan ədəbiyyatında, xüsusən də dastanlarımızda bu adətlərə geniş yer ayrılır, insanlarımızın qonaqpərvərliyi təsvir olunur. Dədə Qorqud dastanında deyilir ki, qonaq olmayan evlər dağılsa yaxşıdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli öz əsərlərində qonaqpərvərlik səhnələrini çox gözəl yaratmışlar. Azərbaycana, o cümlədən Tərtərə səyahət edən Aleksandr Düma xalqımızın qonaqpərvərliyi haqqında heyranlıqla yazmışdır.
Azərbaycan inanclarına görə, qonağın ruzisi özündən əvvəl gəlir. Həm də onu da deyirlər ki, qonağı necə qarşılasan, Allah da ruzini ona uyğun yetirəcək. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
30AvqDigər POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır
Qərib
ÖMÜRLƏRİN FƏRQİElə bil dünənmiş əlli il qabaq,
Ayaqyalın, başıaçıq qaçardıq.
Nə dünya bilirdi onda biz varıq,
Nə də biz dünyadan söhbət açardıq.Ürək istəyəni söz deyə bilmir,
İsti də, soyuq da keçir ömürdən.
Zaman yaddaşında saxlamaq üçün
Ən gözəl illəri seçir ömürdən.Nağıl kimi şirin olur hər anı
Andıqca arxada qalan illəri.
Bəzən təəssüflə yad eliyirəm
Saçıma ağ ləpir salan illəri. Daha ətraflı »Teqlər: Digər
-
30AvqDigər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır
Azərbaycanda ilk dəmir yolunun çəklişinə 1878-ci ildə başlanılmış və 20 yanvar 1880-ci ildə başa çatdırılmış, uzunluğu 20 kilometr olan Bakı– Sabuncu–Suraxanı dəmir yolu xətti olmuşdur.
Bu dəmir yolunun çəkilişində əsas məqsəd Bakı limanından neft məhsullarının və eləcə də neft sənayesində çalışan işçilərin daşınması olmuşdur.
* * *
Azərbaycan Respublikası quruda 5 dövlətlə: Şimaldan Rusiya (289 km.), Şimal–Qərbdən Gürcüstan (340 km.), Cənub-Qərbdən Türkiyə (13 km.), Cənubdan isə İranla (618 km.) həmsərhəddir. Şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatə olunan Azərbaycan Respublikası 4 dövlətlə: Rusiya, Qazaxstan, İran və Türkmənistanla su sərhəddinə malikdir. Daha ətraflı »Teqlər: Digər
-
20AvqDigər üçün şərhlər bağlıdır
İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
20AvqTərtər RİH-də KƏBİRLİ KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatla-rının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq qəbula gələnləri salamladı və qeyd etdi ki, bu gün sizinlə görüşə gəlmişik ki, qayğı və problemlərinizi öyrənib, sizlərə köməklik göstərək. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20AvqTərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ T Ə B R İ K İ üçün şərhlər bağlıdır
Əziz bacı və qardaşlarım!
Hörmətli və qəhrəman tərtərlilər!
Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərini qorumuş və nəsildən–nəsilə ötürmüşdür. Bunlardan biri də müqəddəs Qurban bayramıdır.
Mən sizi və sizin timsalınızda bütün xalqımızı bu müqəddəs gün–Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxt həyat, bol ruzi-bərəkət arzulayıram! Vətənimizin səması həmişə aydın, sakit və işıqlı olsun! Ulu Tanrı Peyğəmbəri bir, Kitabı bir, Qıbləsi bir olan bütün müsəlmanları qorusun!
Qurban sözünün lüğəti mənası yaxınlıq anlamını verir. Qoy bütün insanlar bir-birlərinə yaxın və mehriban olsunlar!
Hamınız da bilirsiniz ki, Azərbaycanda dini etiqad azadlığı mövcuddur, İslamın müqəddəs dəyərlərinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin bütün dinlərin nümayəndələri ölkəmizdə sərbəst və azad şəkildə öz inanclarını yerinə yetirə bilirlər. Buna görə də Azərbaycan bütöv dünyada tolerantlıq modellinin nümunəsi kimi tanınır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20AvqMilli-mənəvi dəyərlər QURBAN BAYRAMI üçün şərhlər bağlıdır
Bismilləhir–Rəhmənir–Rəhim.
(Mehriban və Bağışlayan Allahın adı ilə!)
“Və (yadına sal) o zaman ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə o, (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, mən səni insanlara imam və rəhbər təyin etdim”. (Bəqərə surəsi, ayə 124).
Bu ayədə qeyd olunan bəzi işlərlə imtahanın içərisində uzun illərdən sonra ona qismət olmuş oğul övladını (İsmaili) Allah yolunda qurban vermək də var idi! Bəşəriyyətin çox böyük toplumunun qaldıra bilməyəcəyi bir imtahan! Əlbəttə, Mərhəmətli Allah heç bir zaman bəni Adəmə durduğu yerdə kiminsə qanını tökün deyə bir göstəriş verməyib. (mütaiə işləri istisna), o ki, ola yaşlı bir ata! Öz əlləri ilə oğlunun boğazına bıçaq çəkə! Hz. İbrahim (ə) bu imtahandan, oğlu Hz. İsmail (ə) və xanımı Hz. Həcərlə üzüağ çıxdılar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20AvqSəhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
Aksiyada 165 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »Teqlər: Səhiyyə
-
20AvqXəbərlər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır
Vətən, torpaq, xalq uğrunda şəhid olanları fərəhlə yad etmək vacibdir. Onlar buna layiqdirlər. Canlarını qurban veriblər ki, sonra gələnlər xoşbəxt yaşasınlar.
Həzrəti Əli
Belə şəhidlərimizdən biri də Kərimov Aslan İsmayıl oğlu-dur. Aslan 1954-cü ildə Tərtər rayonunda ziyalı, sayılıb-seçilən bir ailədə–İsmayıl Kərimovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini şəhər 1 saylı tam orta məktəbində almışdır. Bakı Kooperativ İnstitutunu bitirmişdi. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar