08Noy
QAYĞIYA GÖRƏ MİNNƏTDARIQ
Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır.
Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Mən öz adımdan, bu 5 binada yaşayan bütün sakinlər adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.
Billurə ƏBİLOVA,
Vüqar HƏSƏNOV küçəsindəki 5 nömrəli binanın sakini
Teqlər: Sosial
08Noy
İNSAN HÜQUQLARININ TƏMİNATI ƏSAS MƏQSƏDDİR
Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Daha ətraflı »
Teqlər: Digər
08Noy

Qarabağ toponomik termini türk mənşəli sözdür. “Qara”, “böyük”, “sıx”, “qalın” mənalarında işlədilir. “Qarabağ” termini mənbələrdə ilk dəfə VII yüzillikdə xatırlanır. XIV əsrin sonu XV əsrin əvvəllərində “Aran” termini ilə yanaşı işlənmiş Qarabağ, inzibati ərazi baxımından Azərbaycanın mərkəzi sahələrini, coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid inzibati ərazidən ibarət olmuşdur.
Rzaqulu bəy Cavanşirin məşhur “Qarabağnamə” əsərində Qarabağın ərazisi belə təsvir edilmişdir. “Qədim tarixlərdə yazıldığı kimi Qarabağ vilayəti Araz çayının Xudafərin körpüsündən Qazaxla Dəmirçihəsənli arasında sərhəd olan və Rusiya dövləti tərəfindən “Krasnıy körpü” adlandırılan “Sınıq körpü”yə qədər olan əraziləri əhatə edir. Sonradan baş vermiş iğtişaşlarla əlaqədar İran, Rum, Türküstan padşahları bu vilayətləri ələ keçirib sərhədləri dəyişmiş və qalalar tikdirib onlara ayrı-ayrı adlar vermişlər”. Daha ətraflı »
Teqlər: Digər
08Noy
KƏNDİN “VİZİT KARTI”
Hər kəndin özünəməxsusluğu var. Xüsusən də yaşayış məntəqəsinin girəcəyi sanki həmin yerin “vizit kartı” hesab olunur. İlk təəssürat da elə buradan başlayır.
Magistral yoldan Hacıqərvənd kəndinə dönəndə insanın qəlbi də, gözü də sevinir. Yolun hər iki tərəfində yerləşən və ildən-ilə bir az da boy atan həmişəyaşıl ağaclar bura xüsusi gözəllik verir. Son vaxtlar tikilən “Ehsan bulağı” da tərtibatı ilə diqqəti cəlb edir. Yolun lap əvvəlində isə hər iki tərəfdən gül əkiləcək.
Bu gözəllikləri yaradanlardan biri– kənd sakini Mehman Mehdiyevlə də elə burada görüşdük. O bildirdi ki, həyatda doğma yurddan, el-obadan əziz heç nə yoxdur. Onu abadlaşdırmaq, daha yaraşıqlı etmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu istək ürəkdən gəlməlidir. Mehman da kəndin adi sakinlərindən biri kimi həm özü bu iş üçün çalışır, həm də başqalarını həvəsləndirir. O deyir ki, Hacıqərvənd kəndində doğulub boya-başa çatan, hazırda respublikamızın digər şəhərlərində yaşayan yüzlərlə insan var. Əgər onların hər biri kəndə gəlişləri zamanı burada bir ağac əkcə, kəndimiz daha da gözəlləşər.
Teqlər: Kənd təsərrüfatı
08Noy
Kəndin mərkəzində Qarabağ müharibəsi şəhidlərinin şərəfinə abidə ucaldılıb. Bu qəhrəmanlar kəndin qüruruna çevriliblər. Bu barədə bizə şəhid atası Yusif Babayev danışdı. O dedi:
–Oğlum Raqub 1974-cü ildə doğulmuşdu. Bütün həmyaşıdları kimi vaxtı çatanda orduya çağırıldı. Raqub 6 ay Ağdərə istiqamətində döyüşdü. Döyüş dostları danışırlar ki, o, qorxmaz, igid bir əsgər kimi vuruşurdu. 1994-cü il yanvarın 14-ü Çıldıran əməliyyatı zamanı qəhrəman kimi həlak oldu.
Şəhid atası Azərbaycan Ordusunun bugünkü gücündən, qüdrətindən ürəkdolusu danışdı. Dedi ki, bütün xalqımız kimi şəhid ailələri də Prezident İlham Əliyevin apardığı siyasəti bəyənir və dəstəkləyirlər. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
08Noy
2018-ci il yanvarın 1-i vəziyyətinə Hacıqərvənd kəndinin əhalisi 2908 nəfər təşkil edir. Burada 700 təsərrüfat, 550 ev var. Müstəqillik illəri hacıqərvəndlilərin də həyatını tamamilə dəyişib. Əvvəlki palçıqlı küçələr, işıqsız evlər, susuz həyətlər yoxdur. Telefonla danışmaq üçün rayon mərkəzinə getmək lazım deyil. Mobil telefonlardan əlavə, kənddə 275 nömrəlik EATS fəaliyyət göstərir. 96 evə internet xətti çəkilib. 2010-cu ildə isə yeni poçt binası istifadəyə verilib.
Kənd icra nümayəndəsinin müavini Vaqif Aslanov deyir:
–Son vaxtlara qədər əhalini narahat edən problemlərdən biri mavi yanacağın olmaması idi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində və rayon rəhbərliyinin yaxından köməkliyi ilə bu məsələ də həllini tapdı. Kəndin yarısında köhnə elektrik xətləri və dirəkləri dəyişdirilib, qalan hissəsinin də dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, əhalini narahat edən hər bir məsələ diqqət mərkəzində saxlanılır və onlar qısa müddətdə həllini tapır.
Teqlər: Kənd təsərrüfatı
08Noy
Cari təsərrüfat ilində digər sahələrlə yanaşı Hacıqərvənd kəndində pambıq əkini də diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdən fərqli olaraq 25 hektar sahədə bu qiymətli texniki bitki əkilib. 8 hektarda pambıq becərən Kəmaləddin Heydərov deyir:
– Mən ixtisasca mühəndis – mexanikəm. Əvvəlki dövrdə kəndin maşın-traktor parkında işləyirdim, maşınla məhsul yığımını təşkil edirdim. Kolxozumuzun adı həmişə qabaqcıllar sırasında çəkilirdi. Camaat pambıqdan əldə etdiyi qazanc hesabına yaxşı dolanırdı. Tədricən bu sahə gəlir gətirmədiyinə və suvarmada çətinliklər yarandığına görə unuduldu. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sanki bizi keçmiş illərə qaytardı. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
08Noy

Hacıqərvənddə son illər kiçik fermerlərlə yanaşı, iri fermerlər də fəaliyyət göstərir. Bunlardan biri də Asəf Mehdiyevdir. Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərovdan öyrəndik ki, Asəf öhdəsində olan 120 hektar sahədə əsasən taxıl, günəbaxan əkir. Xurma və ərik bağı da var. Həmçinin qoyunçuluqla məşğuldur.
Biz kənddə olarkən fermerin özü ilə görüşüb söhbət etdik. O dedi:
– Prezident İlham Əliyevin taxılçılıqla məşğul olan fermerlərin qarşısına qoyduğu vəzifələrdən biri bu sahənin məhsuldarlığının artırılmasıdır. Bunun üçün iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji proseslər yayılmalıdır, başqaları tərəfindən də öyrənilməlidir. Ölkə başçısının dediyi kimi, “belə olan halda biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik”. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
08Noy
Bu kənddə Mehdi və Səyyad Nəbiyevlərin maldarlıq təsərrüfatında da olduq. Əvvəlcə qeyd edək ki, onların həyətində ilk rastlaşdığımız mənzərə gözəl güllər idi. Bu güllüyü və hər yandakı səliqə-sahmanı görəndə inanmaq olmur ki, ev sahibləri elə burada, həyətdə iri-buynuzlu mal-qaranın kökəldilməsi ilə məşğuldurlar.
Eyni səliqə-sahman təsərrüfat həyətində də vardı. Qışa kifayət qədər ot və yem tədarük olunmuşdu. Onu da qeyd edək ki, ailənin kiçik yemüyüdən sexi var. Həm özləri, həm də kənd sakinləri bu sexdən istifadə edərək, yemləmədə israfçılığın qarşısını alırlar. Mehdi Nəbiyev dedi:
–Hər bir işin çətinliyi var. Maldarlıq da asan peşə deyil. Xüsusən də kökəltmə zamanı ikiqat məsuliyyətli olmalısan. Biz çalışırıq hər bir işi vaxtında görək ki, əlimiz boşda qalmasın. Şükür Allaha, həm özü-müz dolanırıq, həm də əhaliyə keyfiyyətli ət məhsulu satırıq.
Teqlər: Kənd təsərrüfatı
29Okt
Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
Yeni ismarıclar