Cari təsərrüfat ilində digər sahələrlə yanaşı Hacıqərvənd kəndində pambıq əkini də diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdən fərqli olaraq 25 hektar sahədə bu qiymətli texniki bitki əkilib. 8 hektarda pambıq becərən Kəmaləddin Heydərov deyir:
– Mən ixtisasca mühəndis – mexanikəm. Əvvəlki dövrdə kəndin maşın-traktor parkında işləyirdim, maşınla məhsul yığımını təşkil edirdim. Kolxozumuzun adı həmişə qabaqcıllar sırasında çəkilirdi. Camaat pambıqdan əldə etdiyi qazanc hesabına yaxşı dolanırdı. Tədricən bu sahə gəlir gətirmədiyinə və suvarmada çətinliklər yarandığına görə unuduldu. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sanki bizi keçmiş illərə qaytardı. Dövlətin dəstəyi, pambığın alış qiymətinin artırılması, fermerlərin yüksək məhsuldar toxum və keyfiyyətli gübrələrlə təmin edilməsi kəndimizdə “ağ qızıl”ın yetişdirilməsinə marağı daha da artırıb. Ən əsası isə, indi yığım əvvəllərdə olduğu kimi qış aylarınadək davam etmir. Kifayət qədər müasir texnika var.
Hacıqərvəndlilər pambıq istehsalında nəzərdə tutulmuş hədəfi keçərək, hektardan 30 sentnerdən çox məhsul əldə etmişlər.
-
08Noy
Müəllif: Redaktor, 09:57
Teqlər: Kənd təsərrüfatı