Qapanlı kəndi Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqəsidir. Ölkənin hər yerində olduğu kimi, burada da sosial-iqtisadi inkişaf öz axarı ilə davam etməkdədir.
Qapanlı kəndi rayon mərkəzindən 14 km, düşmənlə təmas xəttindən 200 metr məsafədə yerləşir. Əhalisi 753 nəfərdən, 101 evdən, 128 təsərrüfatdan ibarətdir. 433 hektar ərazinin 281,06 hektarı əkin sahəsidir. Son illərdə aparılan islahatlar Qapanlı kəndinin simasını və onun əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olub.
2016-cı ilin məlum Aprel hadisələrindən sonra ölkə Prezidenti İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Tərtərə və Qapanlı kəndinə səfəri sakinlərin ruh yüksəkliyini qat-qat artırdı. Bu gün deyə bilərik ki, Qapanlı kəndi inkişaf etmiş müasir kəndlərdən biridir. Aprel hadisələrindən sonra kənddə bütün evlər təmir olundu. Mübariz Bayramovun evi isə uçduğu üçün yenidən tikildi. Daha ətraflı »
-
19AprSosial ABAD KƏNDİMİZ üçün şərhlər bağlıdır
-
19AprMədəniyyət “Bala kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır
TƏNQİDƏ GÜLÜNC MÜNASİBƏT
“Bala Kirpi” baş redaktorun otağının qapısını qeyzlə açıb, içəri girdi. Salamsız-kəlamsız başladı:
–A kişi, bir o qədər əziyyət çəkib, rayonun mədəniyyət müəssisələrini gəzmişdim, vəziyyəti fotoaparatımın yaddaşına köçürmüşdüm, bunların hamısını da, qeydlərimi də sizə təqdim etmişdim. Nə oldu axırı?!
–Gəl əyləş, sakitləş, özünə gəl–baş redaktor səbr göstərdi.
“Bala Kirpi” əyləşdi.
Baş redaktor aramla sözə başladı:
–Biz sənin qeydlərindən və fotoşəkillərindən istifadə edərək, “Yeni Tərtər” qəzetinin 20 fevral 2019-cu il tarixli nömrəsində “Mədəniyyətin mədəniyyətsiz vəziyyəti” adlı bir felyeton dərc elətdirdik və onu tədbir görülməsi üçün Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayevə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə və həmin idarənin Tərtər rayon Nümayəndəliyinin baş məsləhətçisi Ceyhun İsmayılzadəyə göndərdik.
–Sonra nə oldu? –“Bala Kirpi” soruşdu.
–Heç nə. İki aya yaxın vaxt keçir, lakin heç birindən heç bir cavab almamışıq. Daha ətraflı » -
19AprƏdəbiyyat UĞURLAR DİLƏYİRİK üçün şərhlər bağlıdır
Ədilzadə Vüsal Valeh oğlu 2003-cü ildə Tərtər şəhərində anadan olub. Səhləbad kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir.
Vüsal poeziya həvəskarıdır.
Onun “Mübariz” şeiri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib.
Hiss olunur ki, Vüsal Ədilzadə duyğularını poetik bir dillə ifadə edə bilər. Bunun üçün çox çalışmalı, mütaliə etməli, klassik və müasir azman şairlərimizin yaradıcılıqlarını mükəmməl öyrənməlidir.
Biz Vüsala uğurlar diləyirik!“Yeni Tərtər” Daha ətraflı »
-
10AprTərtər RİH-də MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı » -
10AprXəbərlər SOYQIRIM QURBANLARI YAD EDİLDİ üçün şərhlər bağlıdır

31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata Daha ətraflı » -
10AprXəbərlər Şəhidlər unudulmur üçün şərhlər bağlıdır
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ
Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Daha ətraflı » -
10AprXəbərlər APREL ŞƏHİDİ NİCAT İSGƏNDƏROVUN XATİRƏSİ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır
2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Daha ətraflı » -
10AprXəbərlər ƏSGƏRLƏRİN TƏRTƏR RAYONUNA EKSKURSİYASI üçün şərhlər bağlıdır
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki Daha ətraflı » -
10AprXəbərlər ŞƏHİDLƏRİN ŞƏRƏFİNƏ AKSİYA üçün şərhlər bağlıdır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Daha ətraflı » -
10AprXəbərlər XEYRİYYƏ TƏDBİRİ üçün şərhlər bağlıdır
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha ətraflı »


Yeni ismarıclar