
Bismillahir Rahmənir Rəhim.
Mehriban və bağışlayan Allahın adı ilə!
İslam! Bu əzəmətli və möhtəşəm ad çəkilərkən belə, insanda istəristəməz qəribə bir hiss oyanır. Çünki artıq əsrlərdi ki, bu adı daşıyan dinin nuru bütün dünyaya işıq saçmaqdadır. Bütün səmavi dinlər kimi, islam dini də Təkallahlıq inancına sahibdir. Bu din həm inanc cəhətindən dəyişməz olaraq gəlib günümüzə çatmışdır və həm də kamilliyini qoruyub saxlamaqda davam edir. Demək olar ki, dinimizin kitabı müqəddəs Qurani Kərim hər əsrdə elmə bir yeni töhfə verməkdədir. Hələ yeddinci əsrdə sevimli islam peyğəmbəri Hz. Muhəmməd (s) tərəfindən söylənmiş balıq haqqındakı hədis bu gün də yeni iyirmibirinci əsrdə də öz aktuallığını qoruyub saxlayır.
Uca Rəbbimiz (c.c) Qurani Kərimdə buyurur. ”Ey inananlar, itaət edin Allaha və Rəsuluna!”
Əziz islam peyğəmbəri (s) buyurur: ”Mənim sözlərimi Quran ayələri ilə tutuşdurun! Əgər onlar bir-birini tamamlayırsa deməli mənim sözlərimdir, əks təqdirdə onu divara vurun!” (Yəni, əgər hədis və ayələr uyğun gəlmirsə Peyğəmbərin (s) adından uydurulmuş sözlərdir demək. Bəli, çox təəssüf ki, bu gün islamın bədxahları saxta hədisləri çox qabardırlar.
Dinimizin ən böyük tövsiyyəsi: Daha ətraflı »
-
19DekMilli-mənəvi dəyərlər İSLAMDA GÖZƏLLİK üçün şərhlər bağlıdır
-
19Dekİdman İdman üçün şərhlər bağlıdır
BOKSÇU QIZ
Eşidəndə heyrətləndim. Zərif, bu balaca qız necə döyüşə bilər, özü də oğlanlarla. Onun valideynləri bu qızcığazın əzil-məsindən, zədələnməsindən ehtiyat etmirlərmi?–deyə tərəddüd etdim. Məşqçi Faiq Məmmədov Aysu haqqında danışdıqca onu görməyə, tanımağa marağım daha da artdı. Bu döyüşkən qızı boksçu Aysunu redaksiyaya dəvət etdim.
Sabahı Aysu İsmayılova dediyi vaxtda redaksiyanın qonağı oldu. Qaraqaş, qaragöz, saçları oğlansayağı vurulmuş bu qızın yerişində, oturuşunda, duruşunda onu yaşından böyük oğlanların görkəminə oxşatdım. Bu boksçu qızı təsəvvür etdiyim kimi gördüm. Artıq heyrətlənmədim. Əsl idmançılara xas olan bir görkəmi vardır…
Aysu İsmayılova Səhlabad kənd tam orta məktəbinin şagirdidir. Səkkizinci sinifdə oxuyur. Sadə bir ailənin 2 qız övladından biridir. Özündən böyük bacısı var. Onuncu si-nifdə oxuyur. Söhbətə başlayırıq. Suallarımın əsası bu balaca qızın nə üçün boksçu olmasına səmtlənib.
–Aysu, neçə yaşından boksla məşğulsan?
Böyüklərə məxsus formada qaşlarını düyünləyib dilləndi:
–Hələ kiçik yaşlarımda atamla, əmimlə, dayımla bokslaşmağı xoşlayırdım. Atam da bu həvəsimi görüb məni Faiq müəllimin yanına apardı ki, öyrənim. Amma, ikinci sinifdə oxuyarkən yarışlara qatıldım və oğlanla döyüşdüm. Daha ətraflı » -
19DekSəhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır
SİQARETİN ZƏRƏRLƏRİ

Artıq hamı siqaretin nə qədər zərərli olduğunu bilir. Tütünün insanın orqanizminə vurduğu ziyanı eşitməyən, bilməyən yoxdur. O, hər cür ürək və ağ ciyər xəstəliklərinə yol açır, damar tutulmasına qədər apara bilir. Siqaret çəkərkən elə ilk anda orqanizminizə təsir edir, nəbz yüksəlir, qan dövranı yavaşıyır.
Siqaretin tərkibində 3700 zəhərli maddə vardır ki bunların da böyük bir hissəsi kanserogen (xərçəng əmələ gətirən) maddələrdir. Ən zərərliləri isə tərkibindəki monoksi, hidrogen siyanid və amonyakdır. Siqaretin təsiri nəticəsində bronxial astma, ağ ciyər çatmamazlığı və döş qəfəsində ağrılar başlayır və nəticədə tez-tez qrip, soyuqdəymə halları başlayır.
Məlum olmuşdur ki, hər 13 saniyədə bir nəfər siqaretlə bağlı hər hansı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada təxminən 2.500.000 (iki milyon beş yüz min) insan siqaret üzündən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağ ciyər xərçəngidir. İkinci yerdə ürək xəstəlikləri və digər orqanların xərçəngidir. İnsan orqanizmində elə bir orqan yoxdur ki, siqaretin tərkibində olan kimyəvi maddələrdən öz payını almasın. Siqaret çəkənlərdə ağız böşluğu orqanla-rının xərçəng risqi artır, dişlərin çürüməsinə və ağızdan xoşagəlməz qoxunun gəlməsinə səbəb olur. Beyin damarla-rının daralması nəticəsində qan dövranının pozulmasına və nəticədə iflicə qədər aparıb çıxarır. Siqaretin tərkibindəki hidrogen siyanid bronxların divarını yandırır və nəticədə xroniki öskürək meydana çıxır. Bir sözlə, siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat artıq ağ ciyər xərçəngi olma riski daşıyırlar. Daha ətraflı » -
09DekDigər 12 DEKABR–HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. -
09DekDigər DAHİ ŞƏXSİYYƏTİN ÖMÜR YOLU üçün şərhlər bağlıdır
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə da-xil olub, lakin İkinci Dünya müha-ribəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktə-bində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Na-zirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali So-vetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq So-vetinin sədr müavini vəzifəsini tutub.
1976-cı ildə Sovet İttifaqı Kom-munist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Daha ətraflı » -
09DekXəbərlər ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçi-lərini təbrik edib, Azərbaycan ədliy-yəsinin şanlı tari-xindən və inkişaf yolundan danışıb.
Tədbirdə Tərtər Hərbi Məhkəməsi-nin sədri İlqar Quliyev, rayon polis şö-bəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Al-məmmədov, Tərtər Hərbi prokuroru Hümmət Məmmədov çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdı-lar, ölkədə həyata keçirilən uğurlu məhkəməhüquq islahatlarından söz açdılar. Ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup ədliyyə işçisinə Tər-tər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. -
09DekXəbərlər “MARAĞA–150” ABİDƏSİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə birlikdə “Marağa-150” abidəsində olublar. Rayon rəhbəri məlumat verib ki, ermənilər bu abidəni 1978-ci ildə İran Marağasından Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə özləri tikiblər.
Qarabağ hadisələrində bu abidənin onları ifşa etdiklərini görüb dağıdıblar. Hal-hazırda ərazidə abidənin qalıqları respublika prezidenti möhtərəm cənab İlham Əliyevin göstərişi ilə qorunur ətrafında abadlıq işləri aparılıb, abidənin əvvəlki görkəminin şəkilləri və məlumatları sərgilənib.
Rayon rəhbəri Təhsil nazirinin müavini ilə həmin ərazidə Aprel döyüşləri şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər birinin adına bir ağac əkilmiş əra-zidə olub, xatirə lövhələrinə baxıblar.
Sonra onlar “N” saylı hərbi hissənin müşahidə postuna baş çəkərək düşmən tərəfi müşahidə edib, zabit və əsgərlərlə görüşərək, onlara yaradılan şəraitlə tanış olublar. -
09DekXəbərlər ŞƏHİD ATASININ 80 YAŞI QEYD OLUNDU üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, keçmiş Tər-tər Özünümüdafiə Batalyonunun komandiri Pənah Məmmədov, Qarabağ qa-zisi Ayaz Məmmədovla birlikdə şəhid Arif Muxtarovun ailəsində olub.
Rayon rəhbəri şəhid atası Aqil Muxtarovu 80 illik yubileyi və ailə qurmalarının 50 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Sonra xatirə şəkli çəkildi. -
09DekXəbərlər QARADAĞLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan–“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, Möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
İcra başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində gö-rülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsini, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanı, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə qaldırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldı-ğını diqqətə çatdırdı. Daha ətraflı » -
09DekXəbərlər SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Ha-kimiyyətinin dəstəyi ilə Tərtər rayo-nunda keçirilən “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminarmüşavirə çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Apa-ratının İctimai-siyasi və humanitar mə-sələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umu-dov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd olunub ki, xeyirxahlıq, mərhə-mət, ədalətli davranış və s. bu kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşün-cəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai mü-nasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təb-liği çox vacibdir.
Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incə-sənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini də-yərlərin təsviri sənətin müxtəlif növlə-rində işlənməsi dəyərlərimizə müxtə-lif baxış bucağından baxmağa, dünya-görüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.
Yekunda iştirakçılarla geniş fikir mü-badiləsi aparılıb və onları maraqlandı-ran suallar cavablandırılıb.


Yeni ismarıclar