Tərtər rayonu üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26853,3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artmışdır. Əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarını və yaxud 24,5 faizini texniki bitkilər, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarını və yaxud 28,1 faizini yem bitkiləri təşkil etmişdir.
2019-cu ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz, o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və yaxud 4,9 faiz azalmış, digər dənli və dənli paxlalılar əkini 93,4 hektar və yaxud 55,1 faiz artmışdır. Nəticədə 2019-cu ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 43757,3 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Daha ətraflı »
-
10FevKənd Təsərufatı 2019-cu İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ TOPLANIŞI HAQQINDA üçün şərhlər bağlıdır
-
10FevDigər AZƏRBAYCANDA “NƏNƏLƏR VƏ BABALAR” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün müəyyən edilib. Bir çox Avropa ölkələrində “Nənələr və babalar” günü qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından aslı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir.
Ailəni evin kişisi ilə tanıyarlar.

Ailələrimizin ağıllı, dünyagörüşlü böyüklərə–nənə və babaya həmişə ehtiyacı var. Həm böyük, ağsaqqal-ağbirçək kimi, həm də nəvələrin böyüdülməsində və tərbiyə olunmasında ata-analarla bərabər bu iki şəxsin də zəhməti olur. Nənə və babalar təkcə bi-zum nağıl dünyamız deyil, həm də ağıl dünyamızdır.
Bu günlərdə fotomüxbirimiz Kənan Hüseynzadənin bələdçiliyi ilə bir nənə-babanın görüşünə getdim. Onlarla görüşüm məni heyrətləndirdi. Xüsusilə babanın sinədəftər və iti yaddaşlı olması məndə təəccüb yaratdı. Onun sinəsi ibrətamiz sözlərlə dolu idi. Olanları sanki dünən olubmuş kimi danışması, söz xəzinədarlarımız Aşıq Ələsgərdən, Molla Vəli Vidadidən, Füzulidən, Əliağa Vahiddən və başqalarından gətirdiyi nümunələr elə bil məni sehirləmişdir. Daha ətraflı » -
10FevMilli-mənəvi dəyərlər Dini maariflıəndirmənin əhəmiyyəti üçün şərhlər bağlıdır
GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZBismilləhir-rahmanir-rahim.
Mehriban və bağışlayan Allahın adı ilə.
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Daha ətraflı » -
10FevDigər AX-AX MÜHARİBƏLƏR-MÜHARİBƏLƏR üçün şərhlər bağlıdır
Bizim qəhrəman Elman Hüseynov 1952-ci il fevralın 29-da anadan olub. Qeyri adi bir gündə dünyaya gəlib. Ona görə də qeyri-
adi insanıdı. Ancaq kənd sovetində onun doğum gününü 28 fevral yazıblar, çünki, nadir halda olan gündü. Böyük Vətən Müharibəsindən sonra doğulan uşaqlardan idi. Hər yerdə müharibənin vurduğu yaraları sağaltmağa çalışırdılar. 19 yaşda gedənlərin hamısı qayıtmasa da qayıdanlar evləndi və uşaqları oldu. Sonralar nur təbiətli Qızxanım müəllimə Elmanın sinif müəllimi oldu. Müəllimə elə hey Elmandan danışırdı. Onun səliqə-səhmanı, sakitliyi, dərsləri qavraması və sairə çox xoşuna gəlirdi. Sonralar 5-ci sinifdən riyaziyyat, rəsmxət müəllimi və sinif rəhbəri mən oldum Daha ətraflı » -
10FevTəhsil İNTELLEKTUAL SƏVİYYƏLİ GƏNC üçün şərhlər bağlıdır
Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik. Daha ətraflı » -
10FevMilli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır
Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı » -
30YanDigər 20 YANVAR AZƏRBAYCAN XALQININ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Bu qanlı faciə…ən amansız qanlı cinayətdir.İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti -
30YanDigər 20 YANVARI TƏRTƏRLİLƏR DƏ HÜZNLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır
Tərtər rayonunda 20 yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir Şəhidlərin
xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Şəhidlərin ruhuna dua oxundu. Abidənin önünə gül-çiçək dəstələri qoyuldu.
Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi amansız qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Daha ətraflı » -
30YanTərtər RİH-də HACIQƏRVƏND KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mə-
dəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi nitqdə bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olmasını diqqətə çatdırdı.
İcra başçısı əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı.
O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi.
Son beş ildə rayonda tikinti-abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. Daha ətraflı » -
30YanTəhsil XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirikHeç güllərin ağladığını görmüsünüzmü?
Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı. Daha ətraflı »


Yeni ismarıclar