Bizim qəhrəman Elman Hüseynov 1952-ci il fevralın 29-da anadan olub. Qeyri adi bir gündə dünyaya gəlib. Ona görə də qeyri-adi insanıdı. Ancaq kənd sovetində onun doğum gününü 28 fevral yazıblar, çünki, nadir halda olan gündü. Böyük Vətən Müharibəsindən sonra doğulan uşaqlardan idi. Hər yerdə müharibənin vurduğu yaraları sağaltmağa çalışırdılar. 19 yaşda gedənlərin hamısı qayıtmasa da qayıdanlar evləndi və uşaqları oldu. Sonralar nur təbiətli Qızxanım müəllimə Elmanın sinif müəllimi oldu. Müəllimə elə hey Elmandan danışırdı. Onun səliqə-səhmanı, sakitliyi, dərsləri qavraması və sairə çox xoşuna gəlirdi. Sonralar 5-ci sinifdən riyaziyyat, rəsmxət müəllimi və sinif rəhbəri mən oldum
Doğrudan da qeyri-adi bir uşaq idi. Uşağın baxışlarından gələcək yağırdı. Elman sinifdən-sinifə keçdikcə daha da fəallaşırdı. 2 il Şuşada oxudu, sonra təhsilini Tərtər şəhər 1 nömrəli orta məktəbdə davam etdirdi. Bacım oğlu ilə bir yerdə qalırdı. Bir dəfə yanlarına getdim. Çox mehriban idilər. Dedi: “Xala, bu nə gözəl oğlandı, həm də çox yaxşı oxuyur. Ali təhsilini aldıqdan sonar təyinatını Tərtər rayonuna vermişdilər. Onda rayonun adı Mirbəşir idi. Az vaxtda rayon xalq nəzarəti komitəsinin sədri oldu. Bura gələndə Gürcüstanda hərbi məktəbi bitirib rütbə almışdı.
Mənfur ermənilər bu yurda tez-tez hücum edirdilər. 1988-ci il 22 iyunda Elman “Tərtər Özünümüdafiə Batalyonu” yaratdı. Kəndimizdən çox yeniyetmə könüllü bu batalyona qoşuldu. Müəllimlər, həkimlər, şagirdlər, döyüşçülər üçün corab, şərf, jaket toxuyub aparırdılar. Kiçikdən böyüyə hamı gedib əsgər üçün azuqə alırdı. Mən özüm 12 də-fədən çox Marquşevan, “Çaxır zavodu”, Sərsəng və başqa döyüş nöqtələ-rində oldum.
Düşmən redaksiyanı, poçtu, bazarı, atəşə tutsa da, Tərtərə girə bilmədi. Yüzlərlə Tərtər oğulları, torpağı qorudu.
Elmanın itkisi böyük fəryad oldu. Elman dün-yaya nadir gəlmişdi. 15 yanvar 1993-cü il yaddan çıxmaz. Bəli, “Tərtər Özünümüdafiə Batalyonu”nun 1988-il sentyabrda yaradıcısı Azərbaycanın Milli Qəhrəmanı olan Azadqaraqoyunlunun İlxıçılar kəndinin sakini, sevimli şagirdim Hüseynov El-man Süleyman oğlu idi. 2 dəfə ağır yaralansa da, döyüşlərdən qalmamışdı. Onu izləyən mənfur yağı 1993-cü il yanvarın 14-dən 15-ə keçən gecə onu başından ağır yaralamış və bununla da Elman şəhidlik zirvəsinə ucalmışdır. 15 yanvarda kəndimizdə dəfn olunmuşdu. Onun kimi iğidlərin şücaəti nəticəsində Tərtər yağılardan qoruna bilmişdir.
Elmanın 3 körpəsi Vətənə əmanət qalmışdır.
Məzarının önündə dayanmışam bayaqdan
Qəfil Sərt külək əsdi, vaxtsız düşdün budaqdan.
Sinəmə tuşlanaydısənə dəyən güllələr
Oğul! Oğul yanğısın söndürə bilməz Xəzər
Zirvə keçdin yol açdın meşəli cığırlarla
Yağıların önündə sən dayandın vüqarla
Düşmənə qəzəbinisilah etdin əlində
Qəhrəman Elman dedi döyüşən əsgərin də
Mənim ayım, ulduzum, yanar günəşim oğul!
Səməndər quşum oğul, sönməz atəşim oğul!
Nübar MƏDƏTLİ