Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb. Daha ətraflı »
-
03İynSosial ƏRZAQ YARDIMI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
-
03İynƏdəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır
Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı » -
03İynDigər Təbiət insan həyatının özü deməkdir üçün şərhlər bağlıdır
TƏBİƏT BİZİM ANAMIZDIR
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz
özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitki-lər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysızhesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Daha ətraflı » -
03İynDigər TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR üçün şərhlər bağlıdır
Məlumdur ki, son illərdə ölkəmizdə böyük quruculuq işləri aparılır, yeni yollar çəkilir, yaşayış binaları tikilir, onların ətraflarında meşə zolaqları, parklar salınır. Digər tərəfdən respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin zərər verənləri də çoxdur. Ağacları təkcə əkməklə iş qurtarmır, ona vaxtlı-vaxtında qulluq göstərmək lazımdır.
Əvvəllər belə təsəvvür var idi ki, bəzi yerlər şoran torpaqlardır, orada yaşıllıqlar salmaq olmaz. Ancaq hazırda salınmış yaşıllıqlar onu göstərir ki, bu fikirlər doğru deyil.
Elə meşə sahələri var ki, orada qurumalar gedir, ziyanvericilər ağacların sıradan çıxmasına səbəb olur. Bu da ekologiyanın pozulmasına, korlanmasına gətirib çıxarır. Bunu aradan qaldırmaq üçün ziyanvericilərə qarşı vaxtında mübarizə aparmalı və ağacların sağlam inkişafının təmin olunması üçün onlara lazımi qulluq göstərilməlidir. Daha ətraflı » -
21MayDigər DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ: KÖLGƏDƏN İŞIĞA DOĞRU üçün şərhlər bağlıdır
DÖVLƏT HƏMİŞƏ ÖZ VƏTƏNDAŞININ YANINDADIR
Azərbaycan Respublikasında hər şeydən yüksəkdə insan amili dayanır. Dövlətimizin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin də əsas qayəsini və plazmasını insan amili təşkil edir. Ölkə Konstiyusiyasında da insan hüquqlarının və azadlıqlarının qorunması əsas ana xətt kimi təsbit olunur.Ölkə başçısı cənab İlham Əliyevin: “Dövlət həmişə öz vətəndaşının yanındadır” və “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadələri də məhz vətəndaş qədirbilənliyindən qaynaqlanır.
Azərbaycanda görülən işlərin ümumi məcmusu yekun nəticədə insanların maddi rifah və sosial vəziyyətlərinin daha da yaxşılaşmasına hesablanır və diqqət bu mühüm istiqamətə yönəlir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım oldu.
Həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.
600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.
82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Beləliklə, pandemiya ilə əlaqədar həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Pandemiya dövründə ölkəmizdə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Daha ətraflı »
-
20MayDigər PREZİDENT ÖZ XALQININ QARANTIDIR üçün şərhlər bağlıdır
PREZİDENT İLHAM ƏLİYEV: “ DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR”
Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə “dondurulmuş” münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında deyib.
Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixən ayrılmaz bir hissəsidir: “Azərbaycanlılar bu regionda min illər, əsrlər boyu yaşayıblar, ermənilər isə bura yalnız 200 il əvvəl gəliblər.
Bizim Dağlıq Qarabağdakı heykəllərimiz, mədəni irsimiz çox təəssüf ki, dağıdılıb və dağıdılmaqdadır. Bütün bunları Ermənistanın işğalçı ordusu həyata keçirib. Bu münaqişə ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ərazilərimizin 20 faizi işğal altındadır. Erməni bandaları tərəfindən etnik təmizləmələr aparılıb və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Daha ətraflı » -
20MayXəbərlər YUBİLEY MEDALLARI TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

Faşizm üzərində Qələbə-nin 75 illiyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları– Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar. Daha ətraflı » -
20MayXəbərlər NÖVBƏTİ VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən danışılıb. Daha ətraflı » -
20Mayİqtisadiyyat MƏHSUL BURAXILIŞI 30,7 FAİZ ARTIB üçün şərhlər bağlıdır
Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
Tərtər Rayon Statistika İdarəsinin məlumatına görə 2020-ci ilin birinci rübündə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 39 milyon 565,7 min olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz çoxdur. Məhsul və xidmətlərin 55,9 faizi istehsal sahələrinin, 44,1 faizi xidmət sahələrinin payına düşüb.
2020-ci ilin ilk 3 ayında 1 milyon 802,3 min manatlıq sənaye, 8 milyon 77,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 12 milyon 245,7 min manatlıq tikinti-quraşdırma işləri görülüb, 16 milyon 656,2 min manatlıq ticarət və xidmət sahəsində, 596,9 min manatlıq nəqliyyat və anbar təsərrüfatı, 187 min manatlıq informasiya və ra-bitə xidmətləri göstərilib -
20MayMilli-mənəvi dəyərlər RAMAZAN AYI NƏ VAXT BİTİR? üçün şərhlər bağlıdır
Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir.
Qəməri təqvimi aylarının, xüsusən isə Ramazan ayının başlanması və bitməsi üzrə rəy müxtəlifliyi İslamın ilk illərindən mövcud olub. Sonradan astronomiyanın inkişafı bu məsələyə yeni baxışlar da gətirib. Və bizcə bunların olması tam normal haldır. Astronomik hesablamalar yeni ayın başlanması barədə qərar vermək üçün kifayətdir. Astronomik ayın təzələnməsi, onun görünüb-görünməməsindən asılı ol-mayaraq, yeni ayın başlanmasına dəlalət edir. İkinci rəy belədir: əgər dünyanın istənilən nöqtəsində Ay görünərsə, artıq Daha ətraflı »


Yeni ismarıclar