Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Faşizm üzərində Qələbə-nin 75 illiyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları– Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar.
    Rayon rəhbəri veteranları 9 may qələbə günü münasibəti ilə təbrik edərək, onları Ulu Öndərin təbirincə tari-ximizin canlı arxivi adlan-dırıb. Bildirib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nü-munələri göstərib. Bakı nefti faşizm üzərində Qə-ləbə qazanılmasında mü-hüm rol oynayıb.
    Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə dö-yüşmüş, onlardan 1079 nə-fəri müharibədə həlak ola-raq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.
    Müharibə veteranları görüşdə döyüş xatirələrindən söhbətaçaraq, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar, onlara göstərilən diqqət və qayğıya görə Res-publika Prezidenti Cənab İlham Əliyevə, Birinci vit-se-Prezident Mehriban xa-nım Əliyevaya və Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildiriblər

    Müəllif: Redaktor, 15:49

İsmarıclar bağlıdır.