Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03İyn

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb.
    May ayının 18-də isə Gəncliyə Yardım Fondu tərəfindən rayonun 29 yaşayış məntəqəsi üzrə 500 nəfər tənha ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlə-dən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə hər birinin çəkisi 25 kiloqram olan un kisələri paylanmışdır.
    Ərzaq bağlamaları YAP rayon təşkilatı Gənclər Birliyinin və Tərtər Gənclərinin İnkişaf və Kariyera Mərkəzinin könüllülərinin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
    Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.