Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir.
    Qəməri təqvimi aylarının, xüsusən isə Ramazan ayının başlanması və bitməsi üzrə rəy müxtəlifliyi İslamın ilk illərindən mövcud olub. Sonradan astronomiyanın inkişafı bu məsələyə yeni baxışlar da gətirib. Və bizcə bunların olması tam normal haldır. Astronomik hesablamalar yeni ayın başlanması barədə qərar vermək üçün kifayətdir. Astronomik ayın təzələnməsi, onun görünüb-görünməməsindən asılı ol-mayaraq, yeni ayın başlanmasına dəlalət edir. İkinci rəy belədir: əgər dünyanın istənilən nöqtəsində Ay görünərsə, artıq bayram namazı qılmaq olar. Yəni planetin istənilən regionunda müşahidə edilən Ay bütün müsəlmanlara Ramazanın bitməsi, Şəvvalın isə başlamasına bir işarədir. Nəhayət, sonuncu rəyə əsasən, Ay mütləq hər müsəlman toplumunun yaşadığı üfüq xəttində görünməlidir. Məsələn, əgər Ay yalnız Cənubi Amerikada müşahidə edilibsə, o zaman məhz bu ərazidə yaşayanlar bayram namazı qıla bilər. Asiya, Avropa, Azərbaycan müsəlmanları üçünsə Ay sabit olmayıb və onlar Ramazan orucunu davam etdirməlidirlər. Hər il də hansı ölkələrin hansı günlərdə bayram elan etməsi yazılır və bir daha sübut olunur ki, bütün dünya demək olar 50/50 prinsipi ilə, məzhəbindən asılı olmayaraq, Bayramı fərqli günlərdə qeyd edir (Məsələn, Hind-Çin regionu: Pakistan, Hindistan, Banqladeş və s.; Məğrib ölkələrinin bəzisi; İraq, İran, Azərbaycan, Dağıstan, bəzən isə bəzi Orta Asiya ölkələri və s. demək olar ki, hər il Ramazan bayramını Körfəz ölkələri, Türkiyə, Malaziya və İndoneziyadan bir gün sonra qeyd edir).Və sonuncu. Astronomik hesablamalara görə, bu il ayın astronomik yenilənməsi 24 mayda baş tutacaq. Yeni Ay mayın 24-ü axşamı səmada peyda olacaq. Lakin üfüqdən çox az hündür olması və demək olar ki, Günəşin qürubu ilə eyni zamanda batması nəticəsində onun bi-zim regionda gözlə görünməsi qeyri-mümkün olacaq. Odur ki, ənənəvi olaraq ye-ni Ayın görünməsi prinsipi ilə bayramı qeyd edən Azərbaycanda mayın 23-ü Ramazan ayının son günü, mayın 24-i isə, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi kimi, Ramazan Bayramı günüdür.
    Azərbaycanda Ramazan bayramı karantin qaydalarına uyğun keçəcək.
    Qafqaz Müsəlmanları İdarəsi isə inanclıları qələbəlik süfrələrdən uzaq olmağı təklif edir.
    Bu il Ramazan ayının COVİD-19 pandemiyası və bununla əlaqədar karantin rejiminin elan olunması ilə üst-üstə düşdüyünə görə ha-zırki vəziyyət Ramazan bayramı qaydalarına da təsir edir.
    Hazırda bütün məscidlər bağlıdır, odur ki, kütləvi namazlar da mümkün deyil. Allah orucunuzu qəbul etsin, əziz müsəlmanlar! Qarşıdan gələn Bayramınız da mübarək!

    Qeyd: “Yeni Tərtər” qəzetinin 20 may 2020-ci il tarixli nömrəsində Ramazan bayramının tarixi mayın 24-ü əvəzinə səhvən 25-i göstərilmişdir. Oxuculardan üzr  istəyirik

    Müəllif: Redaktor, 12:53

İsmarıclar bağlıdır.