ƏXLAQSIZ DİN, DİNSİZ ƏXLAQ OLMUR
Əgər dinlə əxlaq elminin rabitəsinə diqqət etsək görərik ki, bu rabitə ümum ilə xüsusun rabitəsidir. Yəni din ibarətdir: əqaid, əxlaq, əməli əhkamlar. Ancaq insanda olan dinlə əxlaqın rabitəsini gözdən keçirtsək görərik ki, dinlə əxlaqın rabitəsi mükəmməl bir rabitədir. Din gəlib ki, əxlaqı təkmilləşdirsin. Həzrət Peyğəmbər (s) buyurur: “Mən əxlaqın yaxşılıqlarını təkmilləşdirmək üçün məbus olmuşam”. Ona görə də hər iki halda din və dindarlıq əxlaqsız olmaz. Əxlaq da din olmadan naqis qalar.
İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır.
Şəhid Mütəhərri buyurur: “Allahı tanımaq – əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur”.
Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?
Şəhid Mütəhərri bu haqda buyurur: “Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.
1. Şəxsi mənliyi.
Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır.
2. Ailə mənliyi. Daha ətraflı »


Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”.
Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.
31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.
Mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.
28 May 2021- ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev Ağdam şəhərinə səfər etmişdir. Dövlət başçısının səfəri zamanı etdiyi çıxışlarında işğaldan azad olunmuş bütün ərazilərin Baş plan əsasında bərpa olunacağı qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.Həmçinin, Ağdam rayonunun tanınmış şəxslərinin də Baş Planla tanış olacağı və onların təkliflərinin də nəzərə alınacağı qeyd edilmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Vətəndaşların müraciətlərinin rayon rəhbərliyi tərəfindən vaxtaşırı dinlənilməsi ənənə halını alıb. Burada hər kəs öz qayğılarından və problemlərindən açıq danışa bilir, öz dərdlərini deyir. İcra Hakimiyyətinin başçısı onları səbrlə dinləyir və hər kəsə kömək etməyə çalışır. Bu gün də belə oldu.Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, vətəndaşların şəxsi əmlakına dəymiş ziyanla bağlı dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi və digər problemlərlə əlaqədar müraciət ediblər.
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, 1993-cü il təvəllüdlü Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu Kəngərli kəndində torpağa tapşırıldı.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
Yeni ismarıclar