(Mini hekayə)
İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
-Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi. Daha ətraflı »


İbadət Allaha təzim etmək, sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə görə seçilən Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Qədim yaşayış məskənlərindən biri olan Kəlbəcərə 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.






Tərtərdə şəhidlərin ruhu həmişə hörmətlə yad edilir, onların əziz xatirələrinə ehtiram əlaməti olaraq müxtəlif tədbirlər keçirilir anım günləri diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin qayğıları və problemləri vaxtaşırı öyrənilir, onların həlli prioritet vəzifə kimi qarşıya qoyulur.
Tərtər Şəhər 3 saylı ümumi orta məktəbində şəhid Xəyal Aslanovun adının 6-cı sinifə verilməsi ilə bağlı tədbir keçirildi.
Bəzən düşünürəm kaş insanın elə bir idrakı olaydı ki, doğulduğu gündən ölənədək olacaqlardan əvvəlcədən xəbər tutub həyatını öz gücü, ağılı ilə tənzimləyə bilərdi. Amma çox heyf! Əvvəli də, sonu da bilmək yalnız Allaha məxsusdur. Ömrü verən də, qisməti bölən də Odur. Alın yazısından yan keçmək olmur. Elə şəhid Məmmədov Elman Bəhman oğlunun alın yazısı kimi.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş.
Yeni ismarıclar