29Dek
44 günlük Vətən müharibəsində ermənilərin ən çox atəşə tutduqları rayonlardan biri bizim Tərtər idi. Təsadüfi deyil ki, buranı “ikinci Stalinqrad” adlandırırlar. İnsanlar evlərində, küçələrdə, hətta öz doğmalarını dəfn edərkən qəbristanlıqda həlak olur, yaralanırdılar. Evlər dağılır, küçələr, obyektlər, müəssisələr bərbad hala düşürdü. Lakin qəddar düşmən istəyinə nail ola bilmədi. Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın sonsuz qayğısı və diqqəti sayəsində qəhrəman tərtərlilər müharibədən sonrakı dövrdə həm əmək meydanında, həm tikinti-quruculuq işlərində daha böyük həvəslə çalışaraq, bir sıra uğurlara imza atıblar.
ƏN UNUDULMAZ HADİSƏ

Cari ilin oktyabr ayının 3-də ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Tərtər rayonuna səfəri rayon sakinləri üçün ilin ən yaddaqalan hadisəsidir.
Dövlətimizin başçısının Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltması şəhid analarının yaralı ürəklərinə bir məlhəm oldu. İllərlə bu torpaqların həsrəti ilə yaşayan insanların qəlbini sevindirdi, qurub-yaratmaq, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yorulmadan çalışmaq əzmini artırdı.
Səfər zamanı dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi. Doğma yurdlarından məcburi köçkün düşən insanlar 30 ildən çox bir müddətdə bura həsrətlə baxaraq, nə zaman həmin yollarla geri dönəcəkləri barədə düşünmüşlər. Prezidentimiz həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Daha ətraflı »
29Dek

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri, qazilər, müharibə veteranları və YAP ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, məruzə üçün sözü YAP Tərtər Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanova verib.
Ramiz Şabanov bildirib ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazandıqdan sonra biz nəinki inkişaf etmiş ölkələrə çata bilmişik, hətta bəzi göstəricilər üzrə onlardan irəlidəyik. Daha ətraflı »
29Dek
2021-ci ildə rayonumuza səfər edən çoxsaylı xarici qonaqlar erməni vəhşiliyinin şahidi olublar. BMT-nin İnkişaf Proqramının Gender Məsələləri üzrə müşaviri Reyçel Uerhem, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Bolqarıstanın Ayrıseçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanda Akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri və yüzlərlə digər xarici qonaq Vətən müharibəsi dövründə ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə beynəlxalq hüququn qaydalarının ermənilər tərəfindən pozulması faktlarını yerindəcə görüblər.
Qonaqlara günahsız dinc sakinlərin qətlə yetirilməsi, mülki obyektlərə, habelə infrastruktura ziyan vurulması barədə məlumat verilib. Daha ətraflı »
29Dek
Ötən ilin uğurlu işlərindən biri də şəhərimizin küçələrində asfaltlanma və abadlıq işlərinin aparılmasıdır. Belə ki, Əli İsmayılov, Mübariz Kərimov, Qara Qarayev, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov, Asif Hüseynov küçələri, Nizami Gəncəvi küçəsinin 5 nömrəli döngəsi asfaltlanıb. Hazırda Firidun bəy Köçərli küçəsində də asfaltlanma işləri yekunlaşıb.
Şəhərin Heydər Əliyev prospektində, Teymur Rəhimov, Nizami Gəncəvi, Mübariz Kərimov və Əli İsmayılov küçələrində divarların aqlay və bəzək daşları ilə üzlənməsi işlərinə başlanılıb. Ardıcıl olaraq İmadəddin Nəsimi, Molla Pənah Vaqif və Vasif Hüseynov küçələrində də di-varların aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılacaq.
Şəhər sakinləri görülən işlərdən razılıq edirlər.
”Yeni Tərtər”
29Dek
“ATAMIZA LAYİQ ÖVLAD OLACAĞIQ”

Müharibə başlayanda, Azər 4 övladını və həyat yoldaşını Bakıya göndərmişdi. Düşünürdü ki, belə daha yaxşı olar. Yoldaşı Nailə xanım deyir ki, döyüşlərarası imkan tapdıqca zəng vururdu. Çox nikbin danışırdı. Onun səsindəki sevinc hissi hamıya sirayət edirdi. Hətta uşaqlar da həyətdə oynayanda yoldaşlarına deyirdilər ki, tezliklə atamız torpaqlarımızı azad edib, Qələbə ilə geri dönəcək. Bu fikri Azər körpəlikdən uşaqlarına aşılamışdı. Hər dəfə işdən evə gələndə onlara deyirdi: “ Dağları görürsünüz? Tezliklə biz o yerləri ermənilərdən təmizləyəcəyik. Qarabağ azad oluna-caq. Bu yükü sizin çiyinlərinizə qoymayacağıq”.
Anası ilə son görüşü isə oktyabrın 15-də oldu. Daha ətraflı »
29Dek

44 günlük Vətən müharibəsi tariximizə zəfərlə yazılsa da, yüzlərlə oğullarımızın şəhid olmasına, bədən üzvlərinin itirilməsi ilə əlil qalmasına səbəb oldu. Yüzlərlə oğullarımızın arzuları yarımçıq qaldı, ömürlərinin parlaq günəşi gözlərində qaraldı. Vətənin, xalqın bütövlüyü uğrunda yüzlərlə ailənin tamlığı pozuldu, yarım qaldı. Belə oğullardan biri də Umudludan olan Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədinin ailəsi Umudlu kəndinin hörmətlə adı çəkilən ailələrindən biri olub. Onlar da erməni məkrindən ziyan çəkənlərdən, yurd-yuvalarından didərgin düşənlərdəndirlər. Mirsədi 2000-ci il iyunun 12-də bu kənddə doğulub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bərdə rayonunda peşə liseyində çilingər və sürücülük peşələrinə yiyələnib. Hərbi xidmətini Zaqatala rayonundakı “N” saylı hərbi hissədə çəkib. Əsgəri borcunu yerinə yetirdikdən sonra hərbidə çalışmaq qərarına gəlir və Bakı şəhərində gizirlik kursu keçir. 2020-ci ildə gizir kimi müddətdən artıq xidmətə başlayır. Daha ətraflı »
29Dek
Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Hətta müharibələrdə də nəsib olmur bəzi insanlara. Şəhidliyi ömrün sonrakı yaşamı hesab etmək olar. Bəzi insanlar dünyalarını dəyişdikdən bir müddət sonra unudulur, yaddan çıxır. Şəhidlər isə heç zaman unudulmur, insanların xatirələrində əbədi yaşayırlar. Elə Vətən müharibəsi şəhidləri kimi.
44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Aslanov Xəyal Qüdrət oğludur.
Xəyalın ata-anası I Qarabağ müharibəsində doğma yurd-yuvalarından didərgin düşənlərdən olub. Mənfur ermənilərin vəhşiliyinə tab gətirə bilməyərək, Ağdərə rayonunun Kərəmli kəndindən qaçqın düşüb, Tərtərdə məskunlaşıblar. Çardaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Xəyal 1994-cü ildə Tərtərdə doğulub. Şəhər 5 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Ailədə 2 övlad – 1 qardaş, 1 bacı olublar, Xəyal və Xəyalə.
İllər bir-birini əvəz edirdi. Ata-ana oğlunun böyüməsinə baxdıqca fəxr edirdi. Qüdrət də, Nəzakət də rayonumuzun camaatı ilə doğmalaşmışdılar.
Xəyalın əsgəri xidmətə getmə vaxtı çatmışdı. Daha ətraflı »
29Dek
PROBLEMLƏRİMİZ HƏLL EDİLİR
44 günlük Vətən müharibəsində düşmən şəhərimizi, kəndlərimizi atəşə tutaraq, Tərtəri yer üzündən silmək istəyirdi. Lakin bunun əksi oldu. Müharibədən sonrakı dövrdə rayonumuzda quruculuq, abadlıq işləri daha da sürətləndi.
Bu, hər birimizi, xüsusən də şəhid ailələrini çox sevindirir.
Həyat yoldaşım Teyyub Həsənov I Qarabağ müharibəsi şəhididir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim qayğı və problemlərimizi daim diqqət mərkəzində saxlayır. Elə bu günlərdə imzaladığı Fərmanla şəhid ailələrinin aldığı müavinət artırıldı. Bu, ailəmizə böyük köməkdir.
Yeniilqabağı günlərdə isə küçəmizə asfalt örtüyü salınıb, işıq dirəkləri dəyişdirilib.
Bunun özü də qayğıdır, rahatçılıqdır.
Ailəmiz adından sevimli Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayonumuzun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Məzəli Həsənova,
Firidun bəy Köçərli
küçəsinin sakini
29Dek
VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!
Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Daha ətraflı »
29Dek
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif aramızdan getdi. Tofiq müəllimin qəflətən həyatdan getməsi biz qəbələliləri də kədərləndirdi. Ancaq nə etmək olar? İnsan var ki, ölənə qədər yaşayır, insan var ki, öləndən sonra da yaşayır. Tofiq Yusif həyatda həmişəyaşarlığı qazandı. Dəyərli jurnalist, şair, yazıçı Tofiq Yusif onu sevənlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun!
Qəbələ ziyalılarından: Səməd Səmədəov, Kamil Məmmədov, Sədiyar Səfərəliyev, Sadıq Sadıqov, Cəlil Xeyirbəy, Rəna Azaxqızı, Ənvər Durucalı, Mərziyə Qəbələli, Qərib Hüseynov, Vaqif Yaquboğlu, Mahirə İspiqızı, Fərman Əzizli.
Yeni ismarıclar