Bismillahir Rəhmanir Rəhim.
Mehriban və bağışlayan Allahın adı ilə!
Uca rəbbimiz insanları xəlq edəndən bəri onları kitabsız buraxmadı. Və insanların xoşbəxtliyi naminə göndərdiyi saysızhesabsız ayinlərdən biri də oruc tutmaq tövsiyəsi oldu.
İslam dininin müqəddəs kitabı Qurani Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində Rəbbimiz bütün islam ümmətinə oruc tutmağı əmr edir. Hicri təqvimin 9-cu ayı olan Ramazan ayı Allah qatında çox əzəmətli bir aydır.
Bu ay insanların həm cismi və həm də mənəvi pəhrizkarlıq ayı olmaqla yanaşı, eyni zamanda əzəmətli Quranın sevimli Peyğəmbərimizə (s) nazil olduğu bir aydır. Qədr surəsində bu barədə deyilir. Və hətta həmin gecə, yəni Qədr gecəsi 1000 aydan daha əfzəl tutulur. Bu ay Allah qatında elə əzəmətli və şərəflidir ki, hədisdə deyilir: “Kim bu ayda günahlarını yumağı və özünü bağışlatmağı bacarmırsa, sair aylardan əlini üzsün!”. Daha ətraflı »
-
08AprMilli-mənəvi dəyərlər Oruc tutun ki, sağlam olasınız üçün şərhlər bağlıdır
-
08AprDigər Tariximizin qanlı səhifəsi üçün şərhlər bağlıdır
AGDABAN FACİƏSİ

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavü-zünün ən qanlı səhifələrindən biridir.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırım aktı törətdilər.
Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Daha ətraflı » -
07AprDigər Dünyanın hörmətlə yanaşdığı Lider üçün şərhlər bağlıdır
Tarix sübut edir ki, hər bir dövlətin dünya miqyasında nüfuzunun formalaşmasında, dünyəvi psoseslərdəki iştirak səviyyəsində lider amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqil Azərbaycan Respublikasının inkişaf yolundakı geridə qalan 30 illik müddətdə siyasi liderin dövlətin həyatında vacib rol oynadığı görünür. Dövlət müstəqilliyimizin bərpasının ilk illərindən qarşımıza çıxan problemlərin yaranmasının obyektiv səbəblərindən biri, mən deyərdim birincisi, ölkəmizə rəhbərlik edən şəxslərin lider funksiyasını yerinə yetirə bilməməsi olmuşdur.
1993- cü ilin ortalarından başlanan yeni siyasi kurs, Azərbaycana Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməyə başlaması, onun dövlətin və xalqın taleyində lider amilini göstərən tarixi bir gerçəklik oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 19 ildə ölkəmiz üçün gördüyü işlər, müasir Azərbaycanı qüdrətli dövlətə çevirdi . Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti dünyada baş verən enerji təhlükəsizliyinə böyük töhvələr verən, dünyanın aparıcı dövlətləri tərəfindən siyasi tərəfdaş kimi qəbul edilən dövlət kimi tarixə düşüb. 30 illik əsarətdə qalan müqəddəs torpaqlarımızı 44 günlük Vətən müharibəsində öz gücü hesabına layiqli Zəfər çalaraq geri qaytaran Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti Azərbaycanın regionda və dünyada söz sahibi olmasını sübut etdi. Daha ətraflı »
-
06AprDigər Prezident İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideridir üçün şərhlər bağlıdır
11 aprel 2018-ci il tariximizin növbəti mühüm dönüş nöqtəsidir. Həmin gün andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Bu etimad xalqın öz liderinə böyük inamından irəli gəlir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Daha ətraflı »
-
05Apr
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl islahatlar nəticəsində hazırda ölkəmizi sabit, təhlükəsiz ölkə kimi tanıdmaqdadır. Müstəqil Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlər, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi hər birimizi fəxarət hissi ilə dərindən qürurlandırır. Bütün bunlar ondan xəbər verir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.
2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə ölkədə böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Möhtərən Prezidentimiz İlham Əliyev cənabları Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Daha ətraflı »
-
02AprHərbi vətənpərvərlik Şəhid Mürşüd Əhmədzadənin doğum günü qeyd olunub üçün şərhlər bağlıdır
YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və bir qrup partiya fəalı, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədzadə Mürşüd Müdahil oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Evoğlu kənd qəbristanlığındakı məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri qoyub , xatirəsini ehtiramla yad ediblər.Sonra Tərtər rayon Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə həmin kənddə yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib , abidə üzərinə gül-çiçək dəstələri qoyublar. Tədbirdə məktəb kollektivin hazırladığı ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Rayon təşkilatının sədri Eladr Əsədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Ali Baş Komandanın dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyünün bərpa edildiyini və şəhidlərimizin qanının yerdə qalmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızla daim fəxr edib, onları qürurla anacaq.
Rayon təşkilatının sədri Eldar Əsədov və fəallar şəhidin valideyinləri və yaxınları ilə görüşərək, onlara başsağlığı veriblər.
Şəhidin valideyinləri Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident Cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
-
31MarXəbərlər İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışında iştirak ediblər üçün şərhlər bağlıdır
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar.
Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.
Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir. -
31MarXəbərlər İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub üçün şərhlər bağlıdır
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi ba-rədə məlumat verdi.
Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığış-dırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə Daha ətraflı » -
31MarXəbərlər İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak ediblər üçün şərhlər bağlıdır
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi.
Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.
Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir. Daha ətraflı » -
31MarXəbərlər İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna ol-maqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi.
Bildirildi ki, ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.
Dövlətimizin başçısı və birinci xanım məscidin təməlini qoydular.
Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəb-rayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.


Yeni ismarıclar