Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən təsis olunub. Dövlətimiz öz istedadlarını və zəkalarını gələcək nəsillərin təlim-tərbiyəsinə həsr edən bu insanların zəhmətini yüksək qiymətləndirir.
Həyatda elə bir insan yoxdur ki, öz müəllimlərini minnətdarlıq hissi ilə xatırlamasın.
Bu barədə Ümummilli Lider Heydər Əliyev deyib: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrədir”.
Uzun illər mənfur düşmənlə üz-üzə yaşayan Tərtər rayonunun müəllimlərinin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi. Məhz parta arxasında müəllimlərindən dərs almış 46 şəhidimiz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq nümunəsi göstərdi. Rayon müəllimlərindən 15 nəfəri müharibənin ilk günündən sonadək döyüş meydanında düşmənlə döyüşlərdə iştirak etdi.
30 illik atəşkəs dövründə atəş səsləri bir gün də kəsilməyən şəraitdə qəhrəman Tərtərin övladları, müəllimlərin sayəsində elmin sirlərinə həvəslə yiyələnərək, ölkəmizdəki və xaricdəki nüfuzlu universitetlərə qəbul olublar. Onlar gərəkli, müasir peşələrə yiyələnərək, müxtəlif sahələrdə xalqımıza layiqincə xidmət edirlər. Daha ətraflı »


Haqqında sizə söhbət açmaq istədiyim Qasımova Şəhla Camal qızı ömrünün ahıl çağını yaşayan nurani bir qadındır. Çoxları onu Şəhla müəllim kimi tanıyır. Səsi-sorağı uzaqlardan gələn, sayılıb-seçilən vəzifə sahibləri olanlar onun nəzərində hələ də uşaqdırlar. Tez-tez ona baş çəkməyə gələnlər müəllimlərini nə qədər sevdiklərini, yaşın kövrəkliyi artdıqca insanın xatirələrə nə qədər bağlı olduğunu bir daha duyurlar. Biri elə məktəb direktoru işləyən Vəsilə müəllim. “Sinif müəllimimlə hər görüşəndə özümü uşaq kimi hiss edirəm”, – deyir.
Rayonumuzda avtomobil yollarının kənarlarında iməcilik keçirilib. İməcilikdə kommunal təsərrüfat idarəsinin işçiləri ilə birgə kənd sakinləri də iştirak ediblər. Onlar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarını tullantılardan, alaq otlarından təmizləyib, yolkənarı yaşıllıq zolaqlarını səliqəyə salıblar.
Oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi olub.
Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid adı verilən küçələrdə təmir işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarov kənd İƏD üzrə nümayəndəliyinin Rəcəbli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Verdiyev İsax Ədalət oğlunun ikinci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb, ailə üzvləri ilə birgə onun xatirəsini yad ediblər.
Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfərdə olub. Səfər zamanı dövlətimizin başçısı çıxış edib. O bildirib ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.
Yeni ismarıclar