Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqla yanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilə təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərinin aparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsi qaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərinin aparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanı vətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərlə bağlı müzakirələr olub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.