Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid adı verilən küçələrdə təmir işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş, I Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri- 3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçənin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.
Sakinlər görülən işlərdən razılıq edir, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.