“Tərtərin tarix yazan oğulları”
Onlar haqqında nə qədər yazılsa da, danışılsa da azdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı olub.
Təqdimatda Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət himni səsləndirilib.
Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr etdiyi kitabı haqqında məlumat verib. Tarix yazan tərtərli oğullardan, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərdən danışıb. Deyib ki, Tərtər iki əsrə yaxın bir dövrdür ki, mənfur ermənilərlə qonşudur. Onlar həmin tarixi saxtalaşdırmaq istəsələr də, özləri də bilmədən rayonun Şıxarx qəsəbəsində “Marağa150” abidəsini ucaltmaqla bu yerlərə gəlmə olduqlarını birmənalı şəkildə təsdiq ediblər. Köç saldıqları torpaqlarla kifayətlənməyən, böyük xülyalarla yaşayan ermənilər daim bizə zərbə vurmağa çalışıblar. Hər zaman da Tər-təri möhkəm bir qala kimi qarşılarında görüb, geri çəkilməyə məcbur olublar. Birinci Qarabağ müharibəsində, Aprel hadisələrində, 44 günlük Vətən müharibəsində də belə olub. 30 ilə yaxın müddətdə atəşkəs olsa da, keçmiş cəbhəyanı kəndlərdə atəş səsləri bir gün də kəsilməyib. Buna baxmayaraq, Tərtərdə bir ailə də evini tərk etməyib, yanan işıqlarımız ermənilərin gözünə ox kimi batıb. Birinci Qarabağ müharibəsində tərtərlilər ermənilərə nəinki bir qarış torpaq belə veriblər, əksinə, onları oğrucasına yiyələndikləri torpaqlarımızdan uzaqlaşdırıblar. Prezident, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düş mənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. 2016-cı ilin Aprel günlərini biz heç zaman unutmayacağıq. O vaxt atəşkəs rejimin dən sonra ilk dəfə olaraq Ermənistan ordusu bizdən güclü zərbə almışdı”. Daha ətraflı »


Noyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbisiyasi yolun davamı olaraq bir güllə atılmadan Kəlbəcər azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
Bu qızın özü, səsi, səhnədə davranışı bir möcüzədir. Nihal özü kiçik olsa da, çıxışı ilə yaratdığı təsir böyükdür. Onu həyəcansız dinləmək mümkün deyil. Bu səs tamaşaçılarda vətənpərvərlik hisslərini alovlandırır, onları vətən naminə birliyə çağırır.
Bəli! Həsrət dolu bir il tamam oldu. Sizsiz yaşadıq bu ili, sevimli şair, görkəmli ziyalı, səmimi və təmənnasız dost–Tofiq Yusif.
Uşaqlar bizim gələcəyimizdir. Uşaq idman siyasətinin banisi olan Ulu Öndər Heydər Əliyevin idmana olan diqqət və qayğısı bu gün də ölkə başçımız cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və həmişə diqqət və qayğıda saxlanılır. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilməsi, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası, Olimpiya oyunlarında idmançılarımı-zın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu diqqət və qayğı rayonumuzdan da yan keçməmişdir.
Dünya həyəcan təbili çalır. Qlobal iqlim dəyişikliyi bütün sahələrdə qarşımıza yeni-yeni çətinliklər çıxarır. Xüsusən kənd təsərrüfatında, suvarmada üzləşdiklərimiz işimizə qarşı daha diqqətli olmağı tələb edir.
Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixoloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti barədə danışıblar.
Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. Dövlət başçısının konfransdakı çıxışı dünyada maraqla qarşılanıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin və Tərtər İlk Peşə İxtisas Məktəbinin birgə əməkdaşlığı çərçivəsində gənclərə “Gender bərabərliyi” mövzusunda psixoloq Esmira Hüseynzadə tərəfindən təlim keçirilib.
Yeni ismarıclar