Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Bu qızın özü, səsi, səhnədə davranışı bir möcüzədir. Nihal özü kiçik olsa da, çıxışı ilə yaratdığı təsir böyükdür. Onu həyəcansız dinləmək mümkün deyil. Bu səs tamaşaçılarda vətənpərvərlik hisslərini alovlandırır, onları vətən naminə birliyə çağırır.
    Nihal Hacıyeva şəhər 1 saylı tam orta məktəbin III sinif şagirdidir. Ailəsi rayonumuzun Səhlabad kəndində yaşayır. Atası Mübariz sürücü, anası Təhminə xanım evdar qadındır. Təhminə xanımın dediyinə görə, hələ lap kiçik yaşlarından Nihal şeirə, musiqiyə böyük həvəs göstərir. Telefonda bəyəndiyi şeirləri tapıb əz bərləyir və çox gözəl ifa edir.
    İlk dəfə mən Nihalı şəhər 1 saylı orta məktəbdə xalq şairi Vahid Əzizin “Param-parça illər” kitabının müzakirəsi zamanı gördüm. Bu tədbirdə o, Ulu Öndərimizə həsr olunmuş şeirin hər misrasını məharətlə dinləyicilərin qəlbinə çatdıra bildi.
    Zəfər bayramında Nihal Hacıyevanın ifa etdiyi “Salam, Vətən!” mahnısı da tamaşaçılar tərəfindən çox bəyənildi. “Böyüyəndə hansı peşəni seçmək istəyirsən?” sualına o, belə cavab verdi:
    – Polis işçisi olmaq istəyirəm.
    Qeyd etmək lazımdır ki, bu balaca qızda fitri istedadla yanaşı çalışqanlıq, dərslərinə məsuliyyətli münasibət var.
    Mədəniyyət mərkəzinin işçiləri, valideynləri və məktəb müəllimləri Nihalın istedadının inkişaf etdirilməsinə çalışırlar. Biz də onun haqqında ilk qəzet məqaləsini hazırlayan qələm sahibləri kimi bol-bol uğurlar arzulayır və deyirik: “Halal olsun, Nihal!”.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:18

İsmarıclar bağlıdır.