Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ilə əlaqədar deyib: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar…. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Daha ətraflı »


2019-cu ildə pambıqçıların respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da, çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, vətənə bağlılıqlarını göstərmişlər”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı təşəbbüsləri dövlətçilik tariximizdə mühüm mərhələ kimi qiymətləndirilir. Bu çərçivədə irəli sürülən amnistiya təşəbbüsü isə ölkəmizdə hüquqi dövlət quruculuğu, humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinin bariz ifadəsidir.

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Tərtər Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan, Dərələyəz mahalı, Paşalı rayon Herher kənd icmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində “Herher kəndinə qayıdış bizim mənəvi haqqımızdır” adlı tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonumuzda yerləşən məscidlərin əra-zilərində ağacəkmə aksiyası təşkil olunub.
Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəkləri öz ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir. Hər iki dərnəyin üzvləri ilboyu təbiətin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər, aksiyalar və ekoloji layihələr həyata keçirərək məktəb ictimaiyyətinin fəal hissəsinə çevriliblər.
Yeni ismarıclar