Prezident İlham Əliyev cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.
Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Prezident deyib ki, Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Bildirilib ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.
Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.
Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir. Daha ətraflı »


30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC və Hədəf STEAM liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya keçirilib.
Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər.
Mən şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbin VIII sinfində oxuyuram. Ən çox sevdiyim fənlər ədəbiyyat, Azərbaycan dili və tarixdir. Xüsusən də Azərbaycan tarixini öyrənməyə çalışıram. Həmçinin 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı qələbələr, şəhidlərimizin həyatı və döyüş yolu haqqında materialları toplayıb oxuyuram, öyrənirəm.
Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata bəyanat verib.
Müzəffər Azərbaycan Ordusunun yaranma tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1994-cü ilin 9-10 aprel tarixlərində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərkən Heydər Əliyev deyib: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”
Yeni ismarıclar