10İyl
Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.
–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
–Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »
Teqlər: Digər
10İyl
Dünyada söz, fikir və mətbuat azadlığı sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə səhifələri ilə zəngindir. Sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni zamanda dəqiq, obyektiv informasiya almağa ehtiyac duyub. Daha ətraflı »
Teqlər: Digər
10İyl
Bu dəfəki yazımızda fəal ictimaiyyətçi, işini yaxşı bilən, peşəsini sevən, ona ürəkdən bağlanan bir işçidən–Sarov kənd kitabxanasının müdiri Əfruz Babayevadan söhbət açacağıq. Bilirəm, kənd kitabxanası adını eşidəndə çoxlarınız ağız büzəcəksiniz ki, kənddə kitabxana işləyir ki? Çoxları qapının açarını da itirib. Ancaq bu, heç də hər yerdə belə deyil. Redaksiyanın iş planına əsasən bir kitabxana işçisi haqqında məqalə yazmalı olduğumu rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanovaya deyəndə, tərəddüdsüz Əfruz Babayevanın adını çəkdi. Daha ətraflı »
Teqlər: Mədəniyyət
10İyl
Yaxşı ki, varsan!…
Bilirəm, qanınla, canınla bağlandığın elində, obanda sən adi fəhlə də ola bilərsən, müəllim də, həkim də, alim də, şair də… Dünyanın hansı tərəfində yaşasan da elinə bağlılığın özünü göstərəcəkdir.
Sən başqa cür düşünmürsən. Gözəllik, xeyirxahlıq, qayğı, uğurlar, irəliləyişdir sənin amalın. Qurub-yaratmaq istəyirsən, bu gün üçün, sabah üçün, gələcək üşün. Xalqının, vətəninin rifahını, güzaranını düşünürsən, elinə bağlı insan. Daha ətraflı »
Teqlər: Digər
10İyl
17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra hakimiyyətlərinin məsul işçilərinin də dəvət olun duqları konfransın iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi anıldı, abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində oldular. Daha ətraflı »
10İyl
Bu yaxınlarda rayonumuzda daha bir qlobal layihənin icrasına başlanıb.
Bu, Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsidir.
Daha ətraflı məlumat almaq məqsədi ilə rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki, nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
10İyl
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Tədbir Gənclər Mərkəzində davam etdirildi.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Polisinin keçdiyi tarixi yola nəzər saldı. Polisə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu siyasətin respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Daha ətraflı »
Teqlər: Xəbərlər
10İyl
Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. Daha ətraflı »
Teqlər: Xəbərlər
02İyl
TƏRƏQQİ YOLU
YAXIN KEÇMİŞDƏ
Tərtər rayonunun bugünkü yüksəlişini daha aydın görmək üçün, yaxın keçmişimizə nəzər salmaq kifayətdir. Ötən əsrin 70-ci illərinə qədər təbii gözəlliyi, iqlimi ilə fərqlənən, yeraltı və yerüstü sərvətləri, məhsuldar torpaqları ilə zəngin olan Azərbaycanın bu dilbər guşəsi nədənsə sosial-iqtisadi inkişaf, insanların yaşayış səviyyəsi baxımından respublikamızın digər bölgələrindən kəskin surətdə seçilirdi. Nəinki kəndlərdə, elə rayon mərkəzinin özündə də əhali əsasən kərpicdən tikilmiş sadə evlərdə yaşayırdı. Hətta yeraltı damlara da rast gəlinirdi. Kolxoz və sovxozların iqtisadi göstəriciləri zəif olduğundan, ailələrin dolanışığı da aşağı səviyyədəydi. Daha ətraflı »
Teqlər: Digər
02İyl
İsmayıllı rayonunda kikboksinq idman növü üzrə XXI Azərbaycan çempionatı keçirilib.
Gənclər və yeniyetmələr arasında təşkil olunan bu yarışda Azərbaycanın bütün bölgələrindən 300-dən çox idmançı iştirak edib. Adıçəkilən yarışda Tərtərin kikboksinq klubu 10 idmançı ilə təmsil olunub. Bu barədə bi-zə məlumat verən məşqçi müəllim, kikboksinq üzrə idman ustası Əhməd İsmayılov bildirdi ki, həmin on idman-çıdan 3-ü birinci yeri tutub. Ağabəy Vəlizadə 60 kq, İsmayıl Həsənov 67 kq, Süleyman Mehdiyev isə 86 kq çəki dərəcəsində mübarizə aparıblar. İdmançılardan Nurlan Nəcəfli 42 kq və Elnur İlqaroglu 75 kq çəki dərəcəsində ikinci yeri tutublar. Daha ətraflı »
Teqlər: İdman
Yeni ismarıclar