Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Tədbir Gənclər Mərkəzində davam etdirildi.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Polisinin keçdiyi tarixi yola nəzər saldı. Polisə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu siyasətin respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov peşə bayramı mü- nasibəti ilə bütün polis işçilərini təbrik etdi. Göstərdi ki, Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”. Buna görə də hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexa-nizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı.
Tədbirdə iştirak edən rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov çıxış edərək 96 illik tarixə malik Azərbaycan Polisinin kəşmə-keşli olduğu qədər də şərəfli bir yol keçdiyini, vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.
Sonra rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Nəbi Məmmədov daxili işlər naziri Ramil Usubovun təbrik məktubunu oxudu.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
-
10İyl
Müəllif: Redaktor, 08:41
Teqlər: Xəbərlər