Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Изображение 214   17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra  hakimiyyətlərinin məsul işçilərinin də dəvət olun duqları  konfransın iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının  inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər  Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
    Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin  xatirəsi anıldı, abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
    Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi  muzeyində oldular.
    Изображение 219 Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, milli mətbuatımızın 140 illiyi münasibətilə  iştirakçıları təbrik etdi.
    Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev çıxış edərək, qonaqları Zərdabi yurdunda salamlamaqdan  məmnunluğunu bildirdi.
    Ərəstun Mehdiyev konfransda çıxış etdi. O, son illər ölkəmizin digər bölgələri kimi, Zərdabın da sürətlə inkişaf etdiyini söylədi. Diqqətə çatdırıldı ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Zərdabi yurduna göstərdiyi diqqət və qayğının nəticəsidir.
    “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin milləti qarşısında xidmətlərindən danışan Ərəstun Meh-diyev dedi: “Zərdabi Zərdabı Azərbaycana, Azərbaycanı isə dünyaya tanıdıb“.
    Ərəstun Mehdiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafına xüsusi önəm verildiyini, azad sözə, azad fikrə geniş imkanlar yaradıldığını diqqətə çatdırdı.
    Sonra Ərəstun Mehdiyev Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqəti cəlb etdi. Regional konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda məruzə etdi, milli mətbuatımızın keçdiyi tarixi yola nəzər saldı, müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışdı.
    Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs etdilər.
    Sonra konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirdi.Yerli qəzetlərin redaktorları region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan danışdılar.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif konfrasda iştirak ediblər.

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.