Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə mərkəzi meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olublar.
Tədbirdə qeyd olunub ki, 15 iyun Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanıb.
15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Ulu Öndərin adını daşıyan parkda karantin rejminin tələblərinə riayyət etməklə konsert proqramı təqdim edilib.
-
18İynDigər MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır
-
18İynTərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSAS YANAŞMA üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.
Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, bəzi müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vətəndaşlar məlumatlandırılıb.
Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını bildiriblər. -
18İynSəhiyyə TƏMƏNNASIZ TİBBİ XİDMƏT üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceu-ticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müs-təqim Məmmədov rayon mərkəzi xəstəxanasına gələrək Bakı şəhərindən gələn həkimlərlə, müayinəyə gələn şəhidlərin ailə üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu xeyirxah aksiyanın düşmən vandalizminə daha çox məruz qalan Tərtər rayonunda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Daha ətraflı » -
18İynSəhiyyə PEYVƏNDLƏMƏ DAVAM EDİR üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
Vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaq-larda həyata keçirilir. İndiyədək rayon sakinlərinə 21 min 434 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 245, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 189 nəfərdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesinin gedişi ilə ta-nış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. -
18İynTəhsil MƏZUNLAR TƏBRİK OLUNDU üçün şərhlər bağlıdır
İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirir.
XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə ümum təhsil müəssisələrinin həyətyanı ərazilərində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət him-ninin səsləndirilməsi ilə başlandı.
Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müstəqil həyata qədəm qoyan məzunlara uğurlar dilədi, dövlətimiz üçün əsl vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi,
təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd etdi.
Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. -
18İynHərbi vətənpərvərlik ŞƏHİDİN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəis muavini Ramin Qarayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid İsaqlı Anarın adı-na tikilmiş bulağın ətrafına toplaşıblar. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi,
sonra böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qa-dağan olunmuş raket atılıb. Daha ətraflı » -
18İynHərbi vətənpərvərlik TƏRTƏRİN MÜDAFİƏSİNDƏ ŞÜCAƏT GÖSTƏRƏNLƏR üçün şərhlər bağlıdır
MƏĞLUBEDİLMƏZ TƏRTƏR
Bu gün təkcə xalqımız deyil, bütün bəşəriyyət çətin sınaq qarşısındadır. Dünyanın bütün ölkələri COVİD-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Ermənilərlə apardığımız müharibə illərdir ki insanlarımızın yuxusunun pozulmasına, el-obasından, dədə-baba yurdyuvasından uzaq düşməsinə, uzunmüddətli həsrətə səbəb olmuşdur. Bir xalq kimi yurdu-yuvası bilinməyən qonşularımız florası və faunası ilə fərqlənən ərazilərimizi zəbt edərək məskunlaşmışlar. Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib.
Bunu birinci və ikinci Qarabağ müharibəsində daha aydın görmək olur. Daha ətraflı » -
18İynHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
YARIMÇIQ ÖMÜR YOLU
Əlizadə Elşən Faiq oğlu İsmayılbəyli kəndində doğulub. Uşaqlıqdan ata-anasının zəhmətlə, alın təri ilə yaşadıqlarının şahidi olub. Ailədə böyüyən 4 uşağın kiçiyi idi Elşən. Yeniyetməliyi də doğulduğu kənddə keçib. Hələ orta məktəbdə təhsil aldığı illərdə mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara qarşı etdikləri cinayətləri müəllimlərdən, valideynlərindən və qonum-qonşudan eşitmişdi. 2016-cı ildəki aprel döyüşlərinin və 30 ilə yaxın bir müddətdə törədilən təxribatların şahidi olmuşdu.
Doğrudur, o, hərbi xidmətini Bakı şəhərində çəkmişdi. O zaman erməni vandallarının təxribatlarının qarşısını Daha ətraflı » -
18İynHərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır
ÖLÜMÜN ASTANASINDA
Bu cəsur, igid oğul 1994-cü il sentyabrın 25-də Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olub. Yeniyetməlik dövrü elə həmin kənddə keçib, orta məktəb təhsilini də elə orada alıb. 2012-ci il oktyabrın 5-də həqiqi hərbi xidmətə çağrılıb. Vətənə borcunu ləyaqətlə başa çatdırıb. Qisməti onu xidmət müddətindən sonra Tərtərə gətirib. Anası Qərənfilin dayısıgilin yanında torpaq alıb, orada ev tikdiriblər. İnqilab ananın tək övladıdır. Əslən Kəlbəcərlidirlər.
2016-cı ilin Aprel döyüşlərindən sonra İnqilab orduda müddətdən artıq xidmət etmək qərarına gəlir. Hərbi hissələrin birində kurs keçdi. Tərtərdəki “N” saylı hərbi hissədə moto-atıcı briqadanın kəşfiyyat bölüyündə kəşfiyyatçı-snayper oldu. 44 günlük Vətən müharibəsi başlayan vaxt artıq 5 il idi ki, orduda xidmət edirdi.
Müharibə başlayanda İnqilabın xidmət etdiyi bölüyə əmr verildi ki, onlar Talış kəndi istiqamətində müdafiəyə qoşulmalıdırlar. 27 sentyabrın səhər çağı düşmənin atdığı raket və toplar müharibənin başladığından xəbər verdi. İnqilabgilin bölüyünə hücum əmri verildi. 6 saat müddətinə düşmən həmləsinin qarşısı alınmalı, ermənilərin yerləşdiyi yüksəklik ələ keçirilməli idi. Az vaxta düşmənin istehkamı dağıdılaraq təyin olunmuş yüksəklik hərbiçilərimizin nəzarətinə götürüldü. Bu uğur asanlıqla qazanılmadı. Daha ətraflı » -
18İynTəhsil PEŞƏSİNİN VURĞUNU OLAN GƏNC MÜƏLLİM üçün şərhlər bağlıdır
Müəllim peşəsi həm şərəfli, həm də məsuliyyətli peşədir. Hər yerdə müəllim
əməyinin izləri, zəhmətinin bəhrəsi görünür. Ta ilk məktəbə gələndə əlimizə qələm tutmağı öyrədən müəllimdən başlamış elmlərin sirlərini aşılayan müəllimədək hər birinin öz yeri olur ürəkdə. Xatırlananda böyük məhəbbətlə xatırlanır. Böyük məhəbbəti ürəklərdə qazanmaq üçün müəllimin bacarığı, onun şagirdlərə yanaşma tərzi, keçdiyi dərsi öyrətmə səriştəsi və bu kimi xüsusiyyətlər böyük rol oynayır. Bütün bu keyfiyyətlər yeniyetmələrin gələcək həyat yolunda əsaslı rol oynayır.
Hazırda ümumtəhsil məktəblərində öz peşəsinin Daha ətraflı »
Yeni ismarıclar