Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəis muavini Ramin Qarayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid İsaqlı Anarın adı-na tikilmiş bulağın ətrafına toplaşıblar. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi,
sonra böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qa-dağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Rayon rəhbəri şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Görüşdə Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Göstərilib ki, Azərbaycan Ordusunun əsgəri olan Anar İsaqlı 30 may 1997 –ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində döyüşüb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu intensiv atəşə tutması nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sonra şəhidin kənd qəbristanlığındakı məzarı ziyarət edilib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
-
18İyn
Müəllif: Redaktor, 10:10