Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyn

    “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
    Vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaq-larda həyata keçirilir. İndiyədək rayon sakinlərinə 21 min 434 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 245, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 189 nəfərdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesinin gedişi ilə ta-nış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.