Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bir il keçir. Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, 27 sentyabr tarixi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətiolaraq ölkəmizdə Anım Günü kimi qeyd edilir.
44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi.
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, “bu Qələbə tarixdə əbədi qalacaq. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi Daha ətraflı »
Yeni ismarıclar