21Okt
Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində videokonfrans formatında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir.
Prezident bir daha Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bildirmişdir. Bütövlükdə postmünaqişə dövrünün sakit keçməsi qeyd olunmuşdur.
Cənab İlham Əliyev iclas iştirakçılarına erməni cinayətlərindən bəhs edərək azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binaların və tarixi abidələrin dağıdıldığını söyləmişdir. Qarabağ bölgəsində mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Daha ətraflı »
20Okt
ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş Tərtərlilərin xatirəsi həmişə böyük ehtiramla yad edilir, onların ad günlərində, şəhid olduqları günlərdə və il mərasimlərində ruhları hörmətlə anılır. Həmçinin ermənilərin atdıqları mərmilər və raketlər nəticəsində həlak olmuş mülki şəhidlərimiz də diqqətdən kənarda qalmır. Bu günlərdə Vətən müharibəsi şəhidləri Məmmədov Taleh Arif oğlunun, Şahbazov Ruslan Mahir oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun, Aslanlı Orxan Şahmar oğlunun, Bağırlı Mİrsədi Mircəfər oğlunun, Babazadə Mirşəmsi Elşad oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Hüseynov Aslan Malik oğlunun, Məmmədov Elman Bəhmən oğlunun, Rəhimli Bəxtiyar Nəsimi oğlunun, Hacızadə Ceyhun İfrayıl oğlunun, Şirinli Nurlan Qədir oğlunun, Verdiyev İsax Ədalət oğlunun, Abbaslı Elnur Yaşar oğlunun, Ağayev İntiqam Hüseyn oğlunun, mülki şəhidlər Mehdiyeva Ayna Məhəmmədəli qızının, İbrahimov Şahin Mahmud oğlunun, Əliyev Müzəffər Əli oğlunun, Həsənov Zabil Daha ətraflı »
20Okt
Tərtər Rayon Dövlət Rəmzləri Muzeyində Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 11 tərtərli şəhidin medalları ailə üzvlərinə, 18 nəfər müharibə iştirakçısının isə medalları özlərinə təqdim olundu.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
20Okt

Müəllim qarşısında səcdədə olmaq şərəfdir, şandır. Müəllim adını daşımaq isə fəxrdir, qürurdur. Müəllimsiz həyat yoxdur. Ömrümüzü nurlandıran, rəng verən müəllim zəhmətidir. Sadə insan, bildiyini təmənnasız paylaşan yalnız müəllimdir. Bununla da yüzlərlə, minlərlə insan müəllim ziyasından bəhrələnərək işıqlı gələcəyə doğru addımlayır. Belə müəllimlərdən biri də Məmmədov İlham Allahverdi oğludur. Onu rayonumuzda tanımayan yoxdur. Riyaziyyat fənnini tədris edən ilklərdən biridir İlham müəllim. Bu günlərdə sosial şəbəkələrdə xeyli təbriklər yer almışdı onun barəsində. Dövlət rəhbərimiz – ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb. Fəxri ad münasibəti ilə İlham müəllimi Daha ətraflı »
20Okt

Müəllim sönməyən günəşdir.
(Atalar sözü)
Bəli, müəllim sönməyən Günəşə bənzəyir. İllər keçsə də onun elminin ziyası sönmür. İnsanların bütün həyatını müəllim ziyası işıqlandırır. Belə müəllimlərimizdən biri də Musayeva Könül Sahib qızıdır. Onunla şəxsi tanışlığım olmadığı üçün dərs dediyi şagirdlər və valideynlərdən maraqlandım. Öyrəndim ki, ciddi və tələbkar, tədris etdiyi fənni ürəkdən sevən bir müəllimdir. 1 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir.
Könül Musayeva 1978-ci il 4 apreldə Tərtər şəhərində ziyalı ailəsində anadan olub. Bu ailədə 3 övlad Daha ətraflı »
20Okt

Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
7 il idi ki, müddətdən artıq xidmət edirdi.
Aslan ailəli idi. Aysu adında qızı, Kənan adında oğlu vardı. Aslangil özləri isə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. Son zamanlarda qardaşı İsgəndər də müddətdən artıq hərbi xidmətə yazılmışdı.
Aslan həmişə torpaqlarımızın işğaldan azad olunmasından danışardı. Ərazilərimizin işğal altında inləməsi ona çox pis təsir edirdi. Daha ətraflı »
20Okt

Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
Adi iş günlərindən biri idi – 21 sentyabr 2020-ci il. İş yoldaşımız Orucov Pərviz Novruz oğlu məzuniyyətə çıxdı. Bir həftəlik. 28 sentyabr 2020-ci ildə işə qayıtmalı idi. Amma….
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Tərtər və tərtərlilər şanlı döyüş yolu keçən ordumuza, xalq-ordu birliyinə, Qarabağ uğrunda canını və qanını əsirgəməyən cəsur Azərbaycan oğullarının qəhrəmanlığına, Daha ətraflı »
20Okt


Hələ 2 il öncə atası Şəhid Qabil Əliyev haqqında yazanda Əsmərin barəsində yazacağımı qərarlaşdırdım. Şəhid atanın dörd qız övladının kiçiyi idi Əsmər. O vaxt atası barədə söhbət edəndə anası Kəklik xala: “Təkcə atasına oxşayan Əsmərdi”– demişdi. Özü isə demişdi: “Elə bil atam şəhid olanda ailəsinin bütün qayğılarını mənim çiyinlərimə ötürmüşdü”. Yer əkib-becərmək, ot tayası yığmaq, bağ-bağçanı suvarmaq, evin işığını düzəltmək – ailədəki görüləcək kişi işləri hamısı Əsmərin əlindən keçirdi. Ana Əsməri ailənin böyüyü, həm də kişisi kimi tanıdırdı.
Əsmər heç zaman kimdənsə kömək gözləməyib, həmişə çörəyini öz zəhməti ilə qazanıb. O, 9 ildən çoxdur ki, fermerliklə məşğul olur. Özünün mülkiyyətində əkin sahəsi az olsa da icarəyə torpaq götürərək pambıq, taxıl əkib-becərib. Bu il isə özünə məxsus olan 2,5 hektar torpaq sahəsində taxıl əkib, oradan 12 tondan çox məhsul götürüb. Gələcəkdə isə məqsədi əkin sahələrini genişləndirməkdir.
Bu gün Əsmər haqqında təkcə qoçaqlığından söz açmaq istəmirəm. O, həm də kənddə xeyriyəçi bir qadın kimi tanınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci Qarabağ müharibəsində şəhid ailələrinin varislərinə verilən on bir min manat pulu ata-sının qəbirinə sərf edəndə bu qızın hansı ürəyə sahib olduğunu bildirmişdim. Hətta yaşlı anasına, anadangəlmə əlil qardaşı Loğmana da o puldan 1 manat sərf etmədiyini bildirdi. Daha ətraflı »
20Okt

“Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək”
Bəxtiyar Vahabzadə
Atalar deyib: “Hər şeyin təzəsi dostun köhnəsi”
Bizim tanışlığımız 1960-cı illərin sonlarından başlayıb. Onda mən və Umud həkim ailəsi ilə birlikdə Tərtər şəhərinin Vaqif küçəsinidəki 1№-li evdə (Firəngiz xalanın evində) kirayədə ayrı-ayrı otaqlarda yaşayırdıq və o vaxtlardan da Umud Quliyevlə ünsiyyətimiz tutmuşdu. Həmişə üzündə xoş bir təbəssüm olardı. Amma elə bir münasibət bəsləyirdi ki, Daha ətraflı »
20Okt
(Mini hekayə)
(Bu mövzunu mənə verən əziz tələbəm Aydan Hacıyevaya təşəkkür edirəm.)
Niftalının ailəsi Laçının Qorçu kəndindən qaçqın düşüb, Bərdə rayonunda Meşəçilik deyilən yerə sığınmışdır. Atası rəhmətə gedəndən ailənin bütün ağırlığı anası Bənövşə arvadın çiynindəydi. Bənövşə arvad isə hər çətinliyə tab gətirib, yetimini böyütdü, oxutdu. Günlərin birində oğ-lu Bərdədəki bankda işə düzəldi.
Niftalı anasına çox bağlanmışdır. Elə bil bu qadın onun dini-imanı idi. Aralarında gizlin nəsə olmazdı. Bir gün də şirin-şirin söhbət edərkən anası qəfildən soruşdu:
-Ay oğul, heç gözaltın varmı?
-Var, ay ana, var.
-Kimlərdəndir, a bala?
-Özümüzdən, ay ana. Uzaq qohumlardan.
Bənövşə arvadın ürəyinə dammış kimi dedi: Daha ətraflı »
Yeni ismarıclar