Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    Müəllim qarşısında səcdədə olmaq şərəfdir, şandır. Müəllim adını daşımaq isə fəxrdir, qürurdur. Müəllimsiz həyat yoxdur. Ömrümüzü nurlandıran, rəng verən müəllim zəhmətidir. Sadə insan, bildiyini təmənnasız paylaşan yalnız müəllimdir. Bununla da yüzlərlə, minlərlə insan müəllim ziyasından bəhrələnərək işıqlı gələcəyə doğru addımlayır. Belə müəllimlərdən biri də Məmmədov İlham Allahverdi oğludur. Onu rayonumuzda tanımayan yoxdur. Riyaziyyat fənnini tədris edən ilklərdən biridir İlham müəllim. Bu günlərdə sosial şəbəkələrdə xeyli təbriklər yer almışdı onun barəsində. Dövlət rəhbərimiz – ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb. Fəxri ad münasibəti ilə İlham müəllimi təbrik edənlər arasında onun yetirmələri üstünlük təşkil edir. Qəzetimizin səhifələrində İlham müəllimin haqqında dəfələrlə xoş sözlər söylənilib, peşəsinə ürəkdən bağ-lı olduğundan danışılıb, insanların ona olan sevgisindən söz açılıb. Elə bu gün də İlham müəllimin haqqında nə isə deməyə ehtiyac duyuram.
    İlham Məmmədov 1978-ci ildə təyinatını ilk olaraq Seydimli kənd orta məktəbinə aldı. İlk iş yeri olan bu məktəb onun savadlı bir müəllim kimi yetişməsinin özülü oldu. Çox çəkmədi ki, İlham müəllimin sorağı şəhər 3 saylı və 2 saylı məktəblərdən gəldi. İbəil ali məktəblərə qəbul olunan şagirdlərinin sayı artdı. İndi onların səsi-sorağı nəinki Azərbaycanın şəhər və kəndlərindən, hətta ölkə hüdudlarından kənardan gəlir. Onlarla yetirməsi xarici ölkələrdə yüksək vəzifələrdə çalışararq Azərbaycanı təmsil edirlər.
    Öz zəhməti ilə öndə olan bir müəllim kimi 2005-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldü. Bu İlham müəllimin özünə inamını artırdı. Onun tələbkarlığı sayəsində oğlu Elxan 600-dən yuxarı bal toplayaraq İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul oldu.
    İlham Məmmədov 43 ildir ki, riyaziyyat fənnini tədris edir. Çalışdığı məktəblərdə şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Bunun nəticəsidir ki, dəfələrlə rayon rəhbərliyi, təhsil nazirliyi tərəfindən fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
    İlham müəllim layiq görüldüyü mükafatlar barədə deyir:
    – Bu gün sevinirəm ki, həm mənim bir çox şagirdlərim yüksək bilik və mədəniyyətlə dünyanın hər yerində tanınır, həm də çəkdiyim əziyyət dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bunların hər biri mənə ruh verir, daha yaxşı pedoqoq olmağıma səbəb olur. Bu mükafata layiq görüldüyümə görə 5 saylı məktəbin ilk alimi, İqtisadiyyat Universitetinin coğrafiya kafedrasında çalışan Firuzə Cəfərova, Çilidə nazirlikdə işləyən elmlər doktoru Şəhriyar Nəsirov və xaricdə yaşayan onlarla yetirmələrim məni təbrik ediblər. Sevinirəm ki, illərim hədər getməyib. Mənim varım, dövlətim mənim yetirmələrimdir. Düşünürəm ki, nə yaxşı ki, müəllim olmuşam, müəllim ömrü yaşayıram.
    İlham müəllim, biz də sizi təbrik edib, pedoqoji sahədə daha böyük uğurlar arzulayırıq.

    Müəllif: Redaktor, 09:48

İsmarıclar bağlıdır.