Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07İyl
    Digər Rayonumuzun fəxri olan ziyalılarımız üçün şərhlər bağlıdır

    XEYİRXAHLIQ ONUN HƏYAT DEVİZİDİR

    Vəli Albəndovun adı rayonumuzda böyükdən kiçiyə hamıya yaxşı tanışdır. O, bacarıqlı inşaatçı, öz işini mükəmməl bilən mütəxəssisdir. Vəli müəllim həm də xeyirxah insan, xeyriyyəçi kimi hamının böyük hörmətini qazanıb.
    Tərtərimizin fəxri olan Vəli Albəndov rayonumuzun Ələsgərli kəndinin yetirməsidir. Bu kəndin əhalisinin bir hissəsi ötən əsrin 30-cu illərində Laçın rayonunun Əlimərdanlılar, Haçaz, Sonasar kəndlərindən Əlimərdanlı Cabbar adı ilə tanınmış şəxsin xeyriyyəçiliyi ilə köçürülmüş və indiki ərazidə yurd salmışdır. Kəndin əvvəlki adı Leninabad, sonrakı adı Nərimaniya olmuşdur. 1991-ci ildən kənd əhalisinin böyük əksəriyyətinin rəsmi imzası ilə 1934-cü ildə təməli qoyulmuş “28 Aprel” kolxozunun yaradıcısı və sədri Zamanov Ələsgər Zaman oğlunun şərəfinə bura Ələsgərli adlandırılmışdır.
    Bu kəndin sakinləri bir qayda olaraq zəhmətsevərlikləri, mehribançılıqları, bir-birinə arxa-dayaq olmaları ilə seçilmişlər. Vəli Albəndov məhz belə bir mühitdə dünyaya göz açmış və böyümüş, ətrafında xeyirxahlıq və yaxşılıq görmüşdür.
    O, 1952-ci il yanvarın 20-də anadan olub. 1958-1966-cı illərdə Ələsgərli (keçmiş Nərimaniya) kənd səkkizillik məktəbində oxuyub. Sonra təhsilini Tərtər şəhər 1 saylı tam orta məktəbində davam etdirib və 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirərək, orta təhsilini başa vurub.
    Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, həmin illərdə mən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm və bugünkü hörmətli ziyalımızı uşaqlıq illərindən tanıyıram. Müəllim üçün ən böyük mü-kafat şagirdlərinin uğuru olduğu üçün, Vəli müəllimin həyat yolu, qazandığı nailiyyətlər bir müəllim kimi məni də sevindirir. Daha ətraflı »

  • 07İyl
    Digər Bütün dünya bir olsa bir anam etməz! üçün şərhlər bağlıdır

    Bəli. Bütün dünya-aləm bir olsa bir anam etməz. Sözsüz ki, valideynin – ata-ananın yerini heç kim tuta bilməz. Hər bir insan üzərində valideyn zəhməti var. Düşünürəm ki, övladıyla daha çox ünsiyyətdə olan anadır. Hər an övladının qayğısına qalan, onun əziyyətini çəkən, yanlış fikirlərdən uzaq tutan Ana elə varlıqdır ki, onun boşluğunu heç nə doldurmaz. Bətnində daşıyıb, dünyaya gətirən, xəstələndikdə səhərə qədər övladının ba-şı üstündən ayrılmayan, onun əziyyətini çəkib böyüdən əziz anamızdır. Ancaq hər dünyaya övlad gətirən qadına da ana adını vermək olmaz. Övladını atıb gedən, övladından xəbəri olmayan, ona qayğını göstərməyən qadına “ana” demək olmaz. Ətrafımıza nəzər salsaq ana nəvazişindən məhrum olmuş yüzlərlə körpə, gənc görərik. Son vaxtlar kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə körpəsini dünyaya gətirib imtina edən qadınlarla bağlı xəbərlər eşidir, televiziyada belə halları çox görürük. Hələ körpəykən imtina edilən o məsum varlıqların heç bir günahı yoxdur. Bəlkə də düz deyiblər, uşaq atadan yox, anadan yetim qalır.
    Valideynin yoxluğu yaşdan asılı olmayaraq hər bir insan üçün çətindir. İstər ana, istərsə də ata. Zaman sürətlə keçir, necə deyərlər, gözünü açıb yumursan ki, illər ötüb. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Şəhid ailələrinə qayğı üçün şərhlər bağlıdır

    Balaca Banu ilk “Təşəkkürnamə”ni rayon rəhbərindən aldı

    Milli Qurtuluş Günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı – 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
    Bu münasibətlə icra başçısı rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona bayram tədbirində gözəl ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyə təqdim edib.
    Qeyd olunub ki, Banunun istedadının inkişaf etdirilməsi, onun yaxşı təhsil alması üçün bütün tədbirlər görüləcək. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər MKT İK MMC Tərtər şəhərində “Açıq Qapı” günü təşkil edib üçün şərhlər bağlıdır

    Təşkil edilən tədbirdə əsas məqsəd şirkətin Tərtər rayonunda yerləşən zavodunda mövcud olan vakansiyalara uyğun namizədlərlə görüşmək, həmçinin MKT İK MMC-nin tətbiq etdiyi “Vahid İşəqəbul Platforması” çərçivəsində namizədlərin qeydiyyatının aparılması olmuşdur.
    Keçirilən tədbirdə 190 namizədlə görüşlər həyata keçirilib və müraciət edən namizədlərin uyğun vakansiyalar üzrə işlə təmin olunması üçün müvafiq işlər aparılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Açıq Qapı” günündə iştirak edən namizədlərlə görüşmüş, ölkə rəhbərinin dövlətməşğulluq siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçim məşğulluğunun təmin olunmasına, sahibkarlığın inkişaf etdirilməsində misilsiz xidmətləri barədə danışmış və işaxtaran namizədlərə gələcək işlərində uğurlar arzulamışdır. Daha ətraflı »

  • 05İyl
    Digər Azərbaycan region layihələrinin həyata keçirilməsində önəmli rol oynayır üçün şərhlər bağlıdır

    Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,  Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs  nəticəsində Azərbaycan Xəzər regionunda da söz sahibi kimi çıxış edir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistanda səfərdə olan Möhtərəm Prezidentimiz orada apardığı danışıqları, səsləndirdiyi fikirləri buna əyani sübutdur. VI Zirvə Toplantısındakı çıxışında İlham Əliyev cənabları bildirib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış  çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

    Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Daha ətraflı »

  • 04İyl
    Digər Azərbaycanın Qoşulmama hərəkatına sədrliyinin uzadılması fəaliyyətimizə verilən yüksək qiymətdir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

    Qeyd olunub ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.

    Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Daha ətraflı »

  • 04İyl
    Digər Uğurlu qarşılıqlı fəaliyyət davam etdiriləcək üçün şərhlər bağlıdır

        Prezident İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edib. Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

    Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.

    Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

    Dövlət başçısı bildirib ki,  qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU QÜRURUMUZDUR üçün şərhlər bağlıdır

    “N” saylı hərbi hissələrdə bayram tədbirləri

    Rayon ərazisində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 iyun–Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib.
    Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Qaynaq kəndində səyyar-qəbul görüş üçün şərhlər bağlıdır

    Vətəndaşları narahat edən bir sıra problemlər həll olunub, digərləri nəzarətə götürülüb

    Tərtər rayon İcra haki-miyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Gö-rüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
    Sonra rayon rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portal vasitəsi ilə müraciət etməyi tovsiyə edib.
    İcra başçısı erkən nikahla bağlı məsələlərdən də danışıb, pedaqoji kollektivlərə, əlaqədar qurumlara yerlərdə valideynlərlə görüşüb, fərdi söhbətlər aparılmasını, rayon Polis şöbəsi ilə birlikdə maarifləndirmə tədbirləri keçirməyi tapşırıb.
    Rayon rəhbəri Qaynaq kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Dövlət Qulluqçuları peşə bayramlarını qeyd etdilər üçün şərhlər bağlıdır

    Rayonumuzda Dövlət Qulluqçularının peşə bayramı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
    Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Daha ətraflı »