BU TORPAĞI SEVƏ-SEVƏ QORUYURDU…
30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
Onun haqqında yazı hazırlamağı redaksiyada mənə tapşırmışdılar. Mən isə bütün tərtərlilər kimi çox həyəcanlıydım. Batalyon komandirinin şəhadətə yüksəlməsi xəbərinin ağırlığı təsirindən çıxa bilmirdik.
Elman müəllimin iş həyatı gözlərimiz qarşısında keçmişdi. Çox ciddi, tələbkar və savadlı bu insan pillə-pillə ucalırdı tutduğu vəzifələrdə. Sevilirdi sadə insanlar tərəfindən. Rahat iş kreslosunu qoyub batalyon komandiri təyin edilməsi də heç kimi təəccübləndirmədi. Çünki vətənpərvər olduğunu, doğma torpağının hər qarışını necə sevdiyini də yaxşı bilirdik. Tərtərlilərə o da məlum idi ki, düşmən gülləsi ona şəhid olmuş batalyon üzvlərinin nəşini çıxarmağa gedərkən dəyib. Bütün bunları mən də bilirdim, ürəyim sözlərlə doluydu. Amma həyatımda ilk dəfə olaraq qələmim sözümə baxmadı. Onun haqqında yazını hazırlaya bilmədim. Məlumatları toplayıb, o zaman “Xalq qəzeti”nin redaktoru işləyən universitet müəllimim Tofiq Rüstəmova müraciət etdim. Elman Hü-seynov haqqında məqalə bu qəzetdə dərc olundu.
O vaxtdan bəri dəfələrlə Elman müəllim haqqında qəzetimizdə müxtəlif materiallar verilib, onun döyüş yolu işıqlandırılıb. Daha ətraflı »
Yeni ismarıclar