Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun
anım günü münasibəti ilə
20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
“Bir vaxt körpə idi, qucağımda gəzdirirdim, indi də şəklini qoynumda gəzdirirəm,”- deyib, oğlunun şəklini çıxarıb göstərmişdi, kövrələ-kövrələ:”Mənim 7 oğlum, 1 qızım var. Oğlanlarımı elə tərbiyə etmişəm ki, düşmənin qarşısına ürəklə çıxıblar.
Xəlil mənim böyük oğlum idi. Erməni “dığa”ları “Qarabağ bizimdir,”- deyəndə könüllü cəbhəyə getdi, kişi kimi döyüşdü, Şıxarx kəndi uğrunda gedən döyüşlərdə kişi kimi də həlak oldu. ”- demişdi.
O vaxt bir yazı yazmışdım, onun şəhid oğlundan…
…Xəlil Əzimov 1958-ci ildə Qaynaq kəndində dünyaya göz açmışdı. Doğulduğu kənddə 8-ci sinfi bitirdikdən sonra Sumqayıtda 35 saylı orta texniki peşə məktəbini bitirmiş, sonra hərbi xidmətə yola düşmüşdür.
Xəlil hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işləyir, ailəsinə kömək edirdi…
…Torpaq uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, elə doğulduğu kənddə də torpağa tapşırıldı.
Ondan sonra əkiz qardaşları İlham və İlqar cəbhəyə getdilər, vuruşdular, düşməndən qardaşlarının qisasını aldılar. Müharibədən hər ikisinin bədənində güllə, qəlpə yarası yadigar qaldı.
Mayın 11-i Xəlil Əzimovun şəhid olduğu gündür. Dünyasını dəyişənə kimi Pakizə xala ürəyində bu dərdi daşıdı, təskinliyi tək onda tapırdı ki, oğlu vətən yolunda şəhid olub. Vaxtilə Xəlilin oxuduğu Qaynaq kənd ümumi orta məktəbi indi onun adını daşıyır. Daha ətraflı »
Yeni ismarıclar