Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyətə malikdir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır. Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir.
Yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək: Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması Azərbaycanın nə qədər qüdrətli dövlət olmasını göstərir. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində bərpa olunan enerji sahəsində birgə layihələrin icrasının razılaşdırılması gələcək əməkdaşlığa zəmin yaratdı. Bu gün biz artıq bu əməkdaşlıqların real bəhrəsini görməkdəyik. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantıdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”. Daha ətraflı »


Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib.
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən qarşıya 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qoyuldu. Həmin il avqustun 1-də Azərbaycan Hərb Nazirliyi təsis olundu. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov hərb naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
“Ümumdünya Qan Donoru Günü” münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Respublika Qan Bankı tərəfindən qan donorluğunun təşkili sahəsində fəal iştirakına və göstərdiyi dəstəyə görə təltif edilib.

Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə əldə edən – 300 bal toplayan rayonun Sarov kənd tam orta məktəbinin məzunu Quliyeva Çinarə Rəşid qızı və 298 bal toplayan şəhər 5 saylı tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı ilə məzun olduqları məktəbdə görüşüb, ümumitəhsil pilləsində təhsilalanların yekun attestasiya imtahanında yüksək bal topladıqlarına görə onları təbrik edib. Hər iki məzun rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlan-dırılıb, onların valideynlərinə və təhsil aldıqları məktəbin müəllimlərinə təşəkkür edilib.
Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boyabaşa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu.
Tətilimizi başa vurub yenidən məktəbə qayıtdıqdan sonra nizam-intizamlı, əlaçı şagirdlər haqqında yazmağı düşündüm. Bu dəfə qərara aldım ki, məqaləmi “Qızıl Bayraq” qəzetinə şəxsən təqdim edim…
XX əsrin sonlarına doğru Qarabağ bölgəsində baş verən sosial-siyasi dəyişikliklər fonunda müxtəlif simvolik və ideoloji mahiyyət daşıyan abidələrin inşasına start verilmişdir. Bu cür abidələrdən biri də hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində yerləşən və 1978-ci ildə inşa olunmuş “Marağa–150” memorialıdır.
Yeni ismarıclar