Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,756
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May
    Xəbərlər Şəhid Elşən Məmmədovun qardaşının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Məmmədovun qardaşı Zamin Məmmədovun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, hüquq mühafizə orqanlarının əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Elşən kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
    Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »

  • 07May
    Xəbərlər Vətəndaşlar razılıq edirlər üçün şərhlər bağlıdır

    Giriş qapısı təmir olundu

    Hər bir yaşayış məntəqəsi haqqında ilk təsəvvür onun girişindən, yolundan yaranır. Ona görə də deyirlər ki, yol mədəniyyətdir, giriş qapısı isə həmin yerin vizit kartıdır.
    Bir neçə il əvvəl kəndimizin yoluna asfalt örtüyü çəkilib. Yəni gediş-gəlişimiz rahatdır. Ancaq həm kəndimizin giriş qapısı yarasız vəziyyətdəyd, həm də avtomobil yolunun kənarlarındakı alaq otları və vətəndaşlar tərəfindən tökülmüş məişət tullantıları xoşagəlməz mənzərə yaradırdı.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndimizdə səyyar qəbul-görüş keçirəndə, bizi narahat edən məsələ ilə bağlı müraciət etdik.
    Artıq mənzərə tamamilə dəyişib. Kəndin giriş qapısı təmir olunub, alaq otları biçilib və ərazi məişət tullantılarından təmiz-lənib.
    “Görülən işdən gül ətri gələr,” – deyiblər. Biz də görülən işlərdən razıyıq. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik.

    Bayram Məmmədov,
    Cəmilli kəndinin sakini

     

  • 07May
    Digər Həyatımız dəyişib üçün şərhlər bağlıdır

    Bu gün kəndlərimizin hər birinin müasir infrastrukturu var. Xüsusən də elektrik enerjisinin gündəlik həyatımızda əhəmiyyəti böyükdür.
    Bizim kəndimizdə olan 100 kilovatlıq transformator köhnə olduğundan, elektrik təchizatında müəyyən problemlər yaranır, bu isə əhalini narahat edirdi. Rayon rəhbəri kəndimizdə əhali ilə görüş keçirərkən, vəziyyəti bildirdik və kənd sakinləri adından bizə köməklik göstərilməsini xahiş etdik.
    Müraciətimizdən sonra kəndin ərazisində olan köhnə transformator yenisi ilə əvəz olunub. İndi fasiləsiz olaraq elektrik enerjisindən istifadə edirik. Rayon rəhbərinə və “Azərişıq” ASC-nin Tərtər elektrik şəbəkəsinin işçilərinə öz təşəkkürümüzü bildiririk.

    Almaz Qasımova,
    Sarov kəndinin sakini

  • 07May
    Şəhidlər Tarix yazan oğullar üçün şərhlər bağlıdır

    Mayor Baxış Baxışlı: O, bir möcüzəydi, bu dünyaya gəldi, getdi…

    8 iyun 2024-cü il, adi bir yay günü idi. Bürkülü hava insanları tıncıxdırmışdı. Onlar göyün üzündəki qara buludlara baxıb, yağışın yağmasına sevinirdilər.
    Mayor Baxış Baxışlının ailəsində isə vəziyyət fərqliydi. Hər şey – havanın dəyişməsi, yağan yağış, şimşəyin çaxması, əsən külək onların fikirlərini quş qanadlarına alıb, Lənkərana, Astaraya, Baxışın xidmət etdiyi, komendant olduğu zastavaya aparırdı. Axı, sərhədçilər üçün gecə, gündüz söhbəti olmur. Havanın dəyişməsi isə işlərini daha da çətinləşdirir. Belə günlərdə valideynləri ona zəng vurmurdular. “Sərhəddədir, diqqətli, məsuliyyətli olmalıdır”, – düşünüb, telefonu yerə qoyurdular.
    Yağış getdikcə güclənir, ildırım göyün üzünü işıqlandırırdı…
    …Həmin gecənin səhəri Elşən ata arzularının zirvəsi – oğlu Baxışı gətirmək üçün Astaraya gedirdi. Deyilən xəbər rəsmi olsa da, o, buna inanmırdı. Baxış heç vaxt belə edə bilməzdi. O, söz vermişdi. Özü gəlməliydi. Böyüyüb orta məktəbi bitirəndən oğlu heç vaxt valideynlərinə əziyyət verməmişdi. Bütün problemlərini özü həll edir, hər cür çətinliyin öhdəsindən gəlirdi. Göyün gurultusu, şimşək çaxması deyilənlərin həqiqət olduğunu xatırladır, atanı keçmişdən ayırıb gerçəkliyə qaytarırdı. Elşən müəllimə elə gəlirdi ki, bu yol heç zaman bitməyəcək… Daha ətraflı »

  • 07May
    Xəbərlər Rayon rəhbəri şəhid Elşən Əlizadənin anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Elşən Əlizadənin ailəsində olub, anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub. Daha ətraflı »

  • 07May
    Digər Suqovuşandan ayrılanda 14 yaşım vardı… üçün şərhlər bağlıdır

    Bu günlərdə ailəmiz Suqovuşan kəndində rahat 2 otaqlı mənzillə təmin olunub. Həmin mənzilin açarları bizə veriləndə, bir anlıq uşaqlığım, bu yerləri tərk etdiyimiz zamanlar kinolenti kimi gəlib gözlərimin önündən keçdi. Ailəmiz Suqovuşandan 1991-ci ildə çıxmışdı. Çox ağır günlər idi. Mənim onda 14 yaşım vardı. Atam burada ferma müdiri işləyirdi.
    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Suqovuşanda sakinlərlə görüş keçirəndə bizə müraciət etdi, dedi ki, kim xatirələrini danışmaq istəyir? Mən onda çıxış etdim, hətta Azərbaycan əsgərinə həsr etdiyim şeiri də oxudum.
    Dövlət başçısı məni diqqətlə dinlədi, onun səmimiyyəti nəticəsində şeirimi sona qədər söylədim. Misralarım ədəbi cəhətdən mükəmməl olmasa da, burada Ali Baş Komandanımıza, bu torpaqlar uğrunda qan tökən, can verən igidlərimizə sevgini ifadə etmişdim. Daha ətraflı »

  • 07May
    Kənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR XOŞ GƏLƏCƏK NAMİNƏ HƏVƏSLƏ ÇALIŞIRLAR

    44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbə və 24 saatdan da az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər, nəhayət ki, rahat nəfəs aldılar.
    Əlbəttə, bu rahatlıqla bərabər qəlblərdə şəhid yarası, ömrünün bahar çağında gözünün nurunu, sağlamlığını itirən oğulların dərdi də var idi. Amma bu dərd Tərtər camaatını əymədi, əksinə onları müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirdi, ölkəmizin, dövlətimizin xoş gələcəyi naminə səfərbər etdi. Nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ilk növbədə müharibənin rayonun infrastrukturuna, yaşayış evlərinə vurduğu ziyanlar aradan qaldırıldı.
    Ötən il bu istiqamətdə Tərtər şəhərində tikinti və abadlıq-quruculuq işləri davam etmişdir. Bu gün şəhərin küçələri müasir memarlığın tələblərinə uyğun yenidən qurulur. Bir sıra işlər, o cümlədən Tərtər Peşə məktəbinin əsaslı təmiri, bir sıra küçələrin abadlaşdırılması yekunlaşmış, yeni yaşıllıq zolaqları salınmış, işıq, qaz, telekommunikasiya xətləri təmir edilmiş, ehtiyac olan ərazilərdə divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Bunlardan əlavə, respublika və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri görülmüşdür.
    Tərtər şəhərinin Mehdi Hüseynzadə, Mahir Əsədov və Rasim Mürsəlov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Daha ətraflı »