Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May

    Bu günlərdə ailəmiz Suqovuşan kəndində rahat 2 otaqlı mənzillə təmin olunub. Həmin mənzilin açarları bizə veriləndə, bir anlıq uşaqlığım, bu yerləri tərk etdiyimiz zamanlar kinolenti kimi gəlib gözlərimin önündən keçdi. Ailəmiz Suqovuşandan 1991-ci ildə çıxmışdı. Çox ağır günlər idi. Mənim onda 14 yaşım vardı. Atam burada ferma müdiri işləyirdi.
    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Suqovuşanda sakinlərlə görüş keçirəndə bizə müraciət etdi, dedi ki, kim xatirələrini danışmaq istəyir? Mən onda çıxış etdim, hətta Azərbaycan əsgərinə həsr etdiyim şeiri də oxudum.
    Dövlət başçısı məni diqqətlə dinlədi, onun səmimiyyəti nəticəsində şeirimi sona qədər söylədim. Misralarım ədəbi cəhətdən mükəmməl olmasa da, burada Ali Baş Komandanımıza, bu torpaqlar uğrunda qan tökən, can verən igidlərimizə sevgini ifadə etmişdim.
    İndi şükür, Suqovuşana köçən ailələrin sayı 53-ə çatıb. Binaların qarşısında gözəl uşaq meydançası quraşdırılıb. Məktəbimiz var, gələcəkdə uşaq bağçsı da inşa ediləcək, kəndimizdə yeni məscid tikilib istifadəyə verilib.
    Bizə yaradılan şəraitə görə, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğumuza görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımı bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirəm.

    Arzu Hümbətov,
    Suqovuşan kəndinin sakini

    Müəllif: Redaktor, 13:11

İsmarıclar bağlıdır.