Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Noy
    Xəbərlər Suvarma kanalları təmizlənib üçün şərhlər bağlıdır

    Ata-babalardan “su həyatdır” kəlməsi bizə yadigar qalıb. Su olmadan heç nə etmək mümkün deyil. Ona görə də su ehtiyatlarından səmərəli, itkisiz istifadə olunması günümüzün ən aktual problemlərindən biridir.
    Bu günlərdə rayon rəhbərinin Aşağı Qapanlı kəndində keçirdiyi səyyar qəbul-görüş zamanı bu məsələ ilə bağlı müraciət olundu. Kənd sakinləri bildirdilər ki, suvarma kanallarının təmizlənməməsi qiymətli suyun itkiyə getməsinə səbəb olur, bu isə nəticədə əkin sahələrinin məhsuldarlığına təsir göstərir.
    Müraciətdən dərhal sonra Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin maşın-mexanizmləri vasitəsilə qeyd olunan suvarma kanallarında təmizlənmə işlərinə başlanılıb. Ümumilikdə suvarma kanallarının 10 km-lik məsafəsində təmizlənmə işləri aparılıb ki, bu da su itkisinin qarşısını alacaq.

    “Yeni Tərtər”

  • 27Noy
    Digər COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir üçün şərhlər bağlıdır

    “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

    İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

    Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

    Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

    Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Daha ətraflı »

  • 22Noy
    Digər 25 noyabr Kəlbəcər şəhəri günüdür üçün şərhlər bağlıdır

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

    Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Daha ətraflı »

  • 20Noy
    Digər AZƏRBAYCAN COP29-a EV SAHİBLİYİ EDİR üçün şərhlər bağlıdır

    196 ölkə, 80 prezident, vitse-prezident, baş nazir və 72 min iştirakçı

    Bakıda yaşıl dünya naminə mühüm razılıqlar əldə edilir

    Bu günlərdə bütün dünyanın gözü Bakıya dikilib. Burada COP-29 beynəlxalq tədbirdə müzakirə edilən məsələlər yalnız bir ölkəni deyil, planetimizi əhatə edir. Ona görə ki, bu gün bəşəriyyət qlobal iqlim dəyişikliyi ilə üz-üzə dayanıb. Bu məsələni həll etmək yalnız müxtəlif qitələrdə yaşayan insanların birləşməsi nəticəsində mümkündür.
    Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi dünyada ölkəmizin nüfuzunun artmasının daha bir əyani sübutudur.
    Bir tərtərli olaraq biz də COP29-un gedişini diqqətlə izləyirik. Qonaqların, o cümlədən dövlət başçılarının Azərbaycan haqqında söylədikləri fikirlər qəlbimizi qürur hissi ilə döyündürür. Hər bir iştirakçı, istər dövlət başçısı olsun, istərsə də sadə əcnəbi vətəndaş, tədbirin təşkilindən, xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır. Hazırlıq üçün ayrı-lan az bir vaxtda bu qədər qonağı layiqincə qarşılamaq, eyni zamanda mühüm, bəşəriyyət üçün olduqca əhəmiyyətli razılaşmaların əldə edilməsinə nail olmaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub.
    COP29-da qonaqları salamlayan dövlətimizin başçısı eyni zamanda Azərbaycanı təbii sərvətlərlə zəngin olduğuna görə suçlayanlara da tutarlı cavab verib. Prezident İlham Əliyev deyib: “Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət–istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis–bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə biz “yaşıl keçid”in güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda biz realist olmalıyıq”.
    Əminik ki, bu tədbir yaşıl dünya naminə birləşməyimizdə mühüm rol oynayacaq. Təbiətimizi qoruyub gələcək nəsillərə sağlam şəkildə ötürə biləcəyik.

    Svetlana BAĞIROVA

  • 20Noy
    Xəbərlər Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib.
    İcra başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər Qayğı üçün şərhlər bağlıdır

    Bayram günlərində şəhid ailələri ziyarət olunub

    Noyabr ayında xalqımız şanlı Zəfərimizin 4-cü ildönümünü qeyd etdi. Hamımız üçün əziz olan həmin günlərdə şəhid ailələri, qazilərimiz unudulmadı. Onu da qeyd etmək lazımdır ki, bu təbəqədən olan insanlar yalnız əlamətdar tarixlərdə deyil, hər zaman anılır, onların qayğı və ehtiyacları diqqət mərkəzində saxlanılır.
    Rahat şəkildə övladının əlindən tutub məktəbə aparan valideyn də, vaxtilə cəbhəyanı adlanan və bu gün əmin-amanlıqda yaşayan kəndlərin sakinləri də, illərlə doğma torpaqlara dönmək arzusu ilə yaşayan keçmiş didərgin soydaşlarımız da, bir sözlə, bir yumruq kimi birləşən xalq bu yolda canından keçən şəhidlərimizin, qan tökən qazilərimizin hünərini əbədi olaraq unutmayacaq və unutmur.
    Bayram günlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm mədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hüsənli kəndində şəhid Taleh Məmmədovun atası Arif Məmmədovu 65 illik, Hacallı kəndində isə şəhid Əjdər Sabirlinin atası Xanlar Sarıyevi 60 illik yubileyi münasibəti ilə ziyarət ediblər. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər Müraciət həllini tapıb üçün şərhlər bağlıdır

    Yolumuz abadlaşıb

    İnsan həyatında yolun rolu böyükdür. Evindən çıxıb rahat küçə ilə istənilən ünvana gedirsənsə, əhval-ruhiyyən də buna uyğun olacaq. Yox, əgər yol narahat, palçıqlıdırsa, istər-istəməz əhvalın pozulur.
    Xeyli vaxt idi ki, küçəmizin sakinləri yol problemini yaşayırdılar. Rayon rəhbəri kəndimizdə səyyar qəbul-görüş keçirəndə, bununla bağlı müraciət etdim. Müraciət əsasında Tərtər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə küçəmizə şebel tökülərək yayılmışdır. İndi yağan yağışlar bizi qorxutmur. Küçəmiz rahatdır, həm piyadalar, həm də sürücülər çətinlik çəkmirlər.
    Müraciətimizin operativ həll edildiyi üçün küçəmizin sakinləri adından təşəkkürümü bildirirəm.

    İntiqam Sarıyev,
    Hacallı kənd sakini,
    3-cü dərəcəli Vətən müharibəsi əlili

  • 20Noy
    Şəhidlər “QƏHRƏMAN TƏRTƏR BİZİM KİMİ AİLƏLƏRƏ QUCAQ AÇDI” üçün şərhlər bağlıdır

    Şəhid Polad Ərəbov

    “Müharibə ana fəryadıdır, qara örpəklər və bu örpəklər altında gəlinlərin ağaran saçları, ata həsrətli körpələrin nisgilidir”. Bu sözləri şəhid Polad Ərəbovun qardaşı, müharibə veteranı, keçmiş məcburi köçkün Nemət Ərəbov deyir.
    –Müharibənin necə dəhşətlər gətirdiyini bizim kimi ailələrdən daha yaxşı bilən olmaz, məncə,– deyərək, söhbətə başlayır şəhidimizin qardaşı.
    –Qardaşım Ərəbov Polad Şəmşir oğlu 1967-ci il may ayının 15-də Ağdərə rayonunun Umudlu kəndində doğulub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Xidmətini başa vurduqdan sonra doğma rayonuna, kəndinə qayıdıb. O, evin 6-cı uşağı idi. Biz aildə 7 qardaş, 3 bacı olmuşuq. Evimizin ən şən uşağı Polad idi. Hər dəfə onu xatırlayanda, gözlərim önünə ancaq gülər üzü gəlir. Danışıb gülməyi çox sevərdi. Hamıyla mehribancasına davranar, hərəni öz dili ilə dindirərdi. Həmişə çalışırdı ki, sözləri heç kimin xətrinə dəyməsin.
    Əsgərlikdən gəldikdən bir müddət sonra, 1990-cı ildə Ağdərə rayon Polis şöbəsində işləməyə başlayıb. Həmin vaxtlarda ermənilər bizim rayonlarımıza, kəndlərimizə hücum edirdilər. Bizim də kəndimizdə özünümüdafiə dəstələri yaradılmışdı. Kəndin cavanları həmin dəstələrin tərkibində kəndimizi müdafiə edirdilər. Mən 1991-ci il dekabrın 19-da ayağımdan yaralandım. 1992-ci il fevralın 28-də kəndimizin əhalisi kənddən çıxdı. Tərtər rayonunda məskunlaşdıq. Ancaq qardaşım Polad polis yoldaşları ilə birlikdə mübarizəni davam etdirirdi. Daha ətraflı »

  • 20Noy
    Şəhidlər Quliyev Vidadi Hüseyn oğlu üçün şərhlər bağlıdır

    1972-ci il avqust ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1990-cı ilin noyabr ayından 1992-ci ilin əvvəlinədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq Sovet Ordusu sıralarından qayıtdıqdan sonra erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Orduya daxil olub. 703 saylı hərbi hissədə Tərtər batalyonunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vəng kəndi ərazisində gedən döyüşlərdə şəhid olub. Həmin gün onun cəsədini döyüş yerindən götürmək mümkün olmamışdı. Digər 13 nəfərlə birlikdə 2 ay sonra, 17-18 yanvar 1993-cü il tarixdə bu ərazi düşməndən azad edildikdən sonra onun cəsədi oradan götürülüb doğma kəndə gətirilib orada torpağa tapşırıldı. Sarov kənd qəbiristanlığında dəfn edilib.
    Subay idi. Valideynləri Tərtər rayonunun Sarov kəndində yaşayıblar.

     

     

     

  • 20Noy
    Şəhidlər Nəsirov Fərhad İsa oğlu üçün şərhlər bağlıdır

    1970-ci il avqust ayının 30-da Tərtər rayonunun Poladlı kəndində anadan olub. Mamırlı kənd orta məktəbində orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 1987-1989-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ildən Milli Ordu sıralarında erməni quldurlarına qarşı mübarizəyə başlayıb. Milli Ordu sıralarında xidmət etdiyi müddətdə Ağdərə rayonunun yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 3-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Poladlı kənd qəbiristanlığında dəfn edilib.
    Ailəli idi. Ailəsi Tərtər rayonunun Poladlı kəndində yaşayır.