Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy

    196 ölkə, 80 prezident, vitse-prezident, baş nazir və 72 min iştirakçı

    Bakıda yaşıl dünya naminə mühüm razılıqlar əldə edilir

    Bu günlərdə bütün dünyanın gözü Bakıya dikilib. Burada COP-29 beynəlxalq tədbirdə müzakirə edilən məsələlər yalnız bir ölkəni deyil, planetimizi əhatə edir. Ona görə ki, bu gün bəşəriyyət qlobal iqlim dəyişikliyi ilə üz-üzə dayanıb. Bu məsələni həll etmək yalnız müxtəlif qitələrdə yaşayan insanların birləşməsi nəticəsində mümkündür.
    Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi dünyada ölkəmizin nüfuzunun artmasının daha bir əyani sübutudur.
    Bir tərtərli olaraq biz də COP29-un gedişini diqqətlə izləyirik. Qonaqların, o cümlədən dövlət başçılarının Azərbaycan haqqında söylədikləri fikirlər qəlbimizi qürur hissi ilə döyündürür. Hər bir iştirakçı, istər dövlət başçısı olsun, istərsə də sadə əcnəbi vətəndaş, tədbirin təşkilindən, xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır. Hazırlıq üçün ayrı-lan az bir vaxtda bu qədər qonağı layiqincə qarşılamaq, eyni zamanda mühüm, bəşəriyyət üçün olduqca əhəmiyyətli razılaşmaların əldə edilməsinə nail olmaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub.
    COP29-da qonaqları salamlayan dövlətimizin başçısı eyni zamanda Azərbaycanı təbii sərvətlərlə zəngin olduğuna görə suçlayanlara da tutarlı cavab verib. Prezident İlham Əliyev deyib: “Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət–istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis–bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə biz “yaşıl keçid”in güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda biz realist olmalıyıq”.
    Əminik ki, bu tədbir yaşıl dünya naminə birləşməyimizdə mühüm rol oynayacaq. Təbiətimizi qoruyub gələcək nəsillərə sağlam şəkildə ötürə biləcəyik.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.