Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan
    Digər 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür üçün şərhlər bağlıdır

    Seçki məntəqələri səsvermə üçün hazır vəziyyətdədir

    7 fevral 2024-cü il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə dairənin tərkibində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Mövcud seçki məntəqələrinin 2-si işğaldan azad olunmuş ərazilərdə – Ağdərə və Suqovuşanda yaradılıb.
    Seçki məntəqələrində seçkilərə hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun aparılmaqla, məntəqələr səsvermə gününə hazır vəziyyətə gətirilib və seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqələri lazımi avadanlıqlarla, texniki və təşviqat vasitələri, təlimat və izahlarla tam təmin olunmuşdur.
    Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə Dairə Seçki Komissiyasında qrafik əsasında treninqlər keçirilmiş, əyani surətdə seçki hərəkətləri komissiya üzvlərinin nəzərinə çatdırılmışdır.
    Seçki məntəqələri üzrə 52553 nəfər seçici qeydə alınıb. Qeydə alınan seçicilərin 1402 nəfəri seçkilərdə ilk dəfə səs verənlər olmaqla, 10 nəfər isə 1-7 fevral 2024-cü il tarixlər üzrə 18 yaşı olanlardır. 3 nəfər isə səsvermə günü 18 yaşı tamam olan seçici vardır. 100 yaşdan yuxarı olan seçicilərin sayı 7 nəfərdir. Bunlardan ən yaşlı seçici 114 yaşlı Hacıqərvənd kənd sakini Quliyeva Səkinə Yunis qızı və 109 yaşlı Seydimli kənd sakini Həsənova Saran Daşdəmir qızıdır. Daha ətraflı »

  • 31Yan
    Hərbi vətənpərvərlik Tərtərdə 20 Yanvar–Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar–Ümumxalq Hüzn Gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər, idarə, müəssisə kollektivləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub, abidənin önünə gül dəstələri qoyulub.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi yaşayır. Daha ətraflı »

  • 31Yan
    Digər Ağdərənin yeni həyatına səs verəcəklər üçün şərhlər bağlıdır

    Ağdərə həsrəti çox uzun çəkdi. Bu illər ərzində agdərəlilər doğma yerləri xatirələrində, yuxularında yaşatdılar. 2023-cü ilin 19-20 sentyabr günlərində isə bir möcüzə baş verdi: Ağdərənin, bütün Qarabağımızın azad olması haqqında xəbəri eşitdik. Əvvəl eşitdik, sonra isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərədə, erməni terrorcularından azad edilmiş digər ərazilərdə bayraq ucaltdı-ğının şahidi olduq. Həmin gündən yalnız ağdərəlilərin deyil, hər bir azərbaycanlının həyatı dəyişdi. Hər kəs bütöv bir Vətənin vətəndaşı olmağın qürurunu yaşadı.
    İndi budur, Ağdərə növbədənkənar Prezident seçkilərinə hazırlaşır. 59 saylı Ağdərə seçki məntəqəsinin sədri Mahir Səmədov deyir ki, məntəqə üzrə 156 seçici var. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə səs verəcəkləri üçün hər kəs qürurludur. Məntəqədə seçkilərə hazırlıq işləri bütün mövcud tələblərə uyğun olaraq görülüb.
    Onlar Ağdərənin yeni həyatına səs verəcəklər.

    “YENİ TƏRTƏR”

  • 31Yan
    Digər Suqovuşanda ilk seçki üçün şərhlər bağlıdır

    30 illik işğal dövründən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində Prezident seçkiləri keçiriləcək. Uzun illərin həsrətindən sonra doğma torpaqlarına qayıdan, burada lazımi şəraitlə təmin edilən insanlar məhz bu yerlərdə təşkil olunan seçki məntəqələrində səs verəcəklər. Belə məntəqələrdən biri də 58 saylı Suqovuşan seçki məntəqəsidir.
    Məntəqənin sədri Tural Əzizov deyir:
    – Məntəqəmizdə 73 seçici səs verəcək. Hazırlıq işləri tam başa çatmışdır. Seçicilərimizdən biri ilk dəfə səs verəcək.
    Suqovuşan başdan-başa tarixdir. Burada hər qarış torpaq bizə qanlı döyüşləri xatırladır. Belə bir ərazidə səs vermək qürurvericidir.

    “YENİ TƏRTƏR”

  • 31Yan
    Digər Xalqın başını uca edən Lider üçün şərhlər bağlıdır

    7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın sədri möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətimizin yekdil rəyi və xalqın iradəsinin ifadəsidir.
    Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımzı geri qaytararaq, xalqımızın ən böyük arzusunu gerçəkləşdirdi.
    Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçitilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Müharibənin başa çatmasından ötən 3 il ərzində möhtəşəm nailiyyətlər möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandanımız İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Xocavənddə, Zəngilanda, Füzulidə, Ağdərədə və başqa azad olunmuş ərazilərdə ucaltması cənab İlham Əliyevin xalqın siyasi dəstəyinin qazanmasının bariz göstəricisidir.
    Ulu Öndər Heydər Əliyev deyirdi ki, “mən ona özüm qədər inanıram. Mənim axıra çatdıra bilməyəcəyim işləri o, axıra çatdıracaqdır.” O, ata nəsihətini tam yerinə yetirdi.
    İlham Əliyev bu günə verdiyi bütün vədlərə əməl etdi. Şübhə yoxdur ki, qarşıdakı seçkilərdə xalqımız Qarabağ fatehi İlham Əliyevin yanında olacaq və seçki məntəqələrinə gələrək yekdilliklə ona səs verəcəkdir. Daha ətraflı »

  • 31Yan
    Digər Fikrimiz, amalımız birdir üçün şərhlər bağlıdır

    2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müsttəqil Azərbaycan Respublikasının həyatında parlaq səhifələrin açılması ilə başladı.
    7 fevral 2024-cü il tarixdə bütöv Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
    İlham Əliyev cənablarının namizədliyinin qeyd olunduğu gündən sevincimin həddi-hüdudu yoxdur. Belə ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycana, xüsusilə biz tərtərlilərə firavan həyat bəxş elədi. 1990-cı illərdə olan böhranı, özbaşınalığı görən, eşidən hər bir Azərbaycan vətəndaşını 7 fevral 2024-cü il tarixdə seçki məntəqələrinə gələrək gələcəyimizin memarı olan cənab İlham Əliyevə səs verməyə çağırıram.
    Mən YAP-ın üzvü olaraq YAP Rayon Təşkilatının rəhbərliyi ilə birlikdə rayon ərazisində şəhid ailələrinin evlərində olur, yaşayış məntəqələrində seçki hüququ olan vətəndaşlarla görüşlərdə iştirak edirəm. Bizim və həmçinin bütün tərtərlilərin görüşlər zamanı söylədikləri bir fikir, bir amal var: Ulu Öndərin layiqlı davamçısı olan İlham Əliyevə yekdilliklə səs verək!
    Bu gün efirlərdə çıxış edən Prezidentimizi ekrandan görən azyaşlı nəvələrimiz: “Baba, İlham baba danışır, gəl bax,” – deyirsə, şəxsən mən bu ifadələrdən qürurlanıram.
    Mən, ailə üzvlərim, yaxınlarım və deyərdim Qəhrəman Tərtər rayonunun bütün sakinləri Prezidentliyə namizəd İlham Əliyev cənablarına səs verəcəklər.

    Adil HÜSEYNOV,
    şəhər sakini

  • 31Yan
    Digər Seçicilərin sevgi və dəstəyini görürəm üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mən bu seçkilərlə bağlı YAP Tərtər Rayon Təşkilatında yaradılmış təbliğat-təşviqat qrupunun üzvüyəm və bununla qürur duyuram. Qürur duyuram ki, Qalib Liderin təbliğat-təşviqat işlərində yaxından iştirak edirəm. Vətəndaşlarla görüşlərimiz zamanı seçicilərdə Ali Baş Komandana olan sevgi, dəstək insana qürur verir. Hər bir görüş zamanı eyni bir fikirlə rastlaşıram: Biz Ali Baş Komandandan başqa namizəd tanımırıq.
    Həqiqətən də, cənab Prezidentin Azərbaycan xalqı üçün gördüyü işlər, apardığı daxili və xarici siyasət bir Azərbaycan gənci olaraq məni çox sevindirir. Ölkəmizin bütün sahələrdə inkişafı, idmanda və dövlətlərarası əməkdaşlıqda qazandığımız uğurlar danılmazdır. Bütün bunların tək bir səbəbi var, o da Prezident İlham Əliyevin siyasətidir. Bu siyasətin ən bariz nümunəsi 30 il işğalda olan torpaqlarımızın azad olunması və qısa bir müddətdə orada yenidənqurma işlərinin aparılmasıdır. Cənab Prezidentin rəhbərliyi dövründə görülmüş işlər barəsində yazmaqla, danışmaqla qurtarmaz. Mən bir gənc olaraq əminəm ki, 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Azərbaycan xalqı öz Qalib Liderinin nə qədər Azərbaycan xalqı üçün dəyərli, qiymətli, əvəzolunmaz olduğunu sübut edəcəkdir.
    Yaşasın Qalib dövlətin, Qalib Lideri!

    Emin QULİYEV,
    Uşaq-Gənclər İdman
    Şahmat məktəbinin direktoru

  • 31Yan
    Digər 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür üçün şərhlər bağlıdır

    Güvəndiyim namizədə səs verəcəyəm

    Budəfəki seçkilər bir sıra özəlliklərinə görə diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə ən şanlı səhifə olaraq yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub, regionda yeni reallıqlar yaratmışdır ki, bu reallıqlarla bütün dünya razılaşır. Biz güclü dövlət kimi dünyada tanınırıq və dünya ölkələri üçün etibarlı tərəfdaşıq. Mən belə qeyd edə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandamız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabar 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən düzgün siyasət və hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyü və süverenliyi tam bərpa olunmuşdur. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etmiş oldu. Mənim də öz seçimim məhz xalqın qa-lib lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Daha ətraflı »

  • 31Yan
    Şəhidlər Şəhid atasının 55 illik yubileyi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edilib.
    Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
    Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
    Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
    Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
    Məftun Əhmədzadə ölümündən sonra döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

     

  • 31Yan
    Qazilərimiz Rayon rəhbəri Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili İlyas Hacıyevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili Hacıyev İlyas Rasim oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, İlyas Hacıyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində işə başlamış və müharibənin ən şiddətli vaxtlarında polis nəfəri olaraq Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə davam edən döyüşlər zamanı düşmənin atdığı mərmi nəticəsində yaralanmış və polis sıralarından ehtiyata buraxılmışdır.
    İlyas Hacıyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, yaşadığı Köçərli kəndində dövlət tərəfindən fərdi yaşayış evi ilə təmin olunmuşdur.
    Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qay-ğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.