2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müsttəqil Azərbaycan Respublikasının həyatında parlaq səhifələrin açılması ilə başladı.
7 fevral 2024-cü il tarixdə bütöv Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev cənablarının namizədliyinin qeyd olunduğu gündən sevincimin həddi-hüdudu yoxdur. Belə ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycana, xüsusilə biz tərtərlilərə firavan həyat bəxş elədi. 1990-cı illərdə olan böhranı, özbaşınalığı görən, eşidən hər bir Azərbaycan vətəndaşını 7 fevral 2024-cü il tarixdə seçki məntəqələrinə gələrək gələcəyimizin memarı olan cənab İlham Əliyevə səs verməyə çağırıram.
Mən YAP-ın üzvü olaraq YAP Rayon Təşkilatının rəhbərliyi ilə birlikdə rayon ərazisində şəhid ailələrinin evlərində olur, yaşayış məntəqələrində seçki hüququ olan vətəndaşlarla görüşlərdə iştirak edirəm. Bizim və həmçinin bütün tərtərlilərin görüşlər zamanı söylədikləri bir fikir, bir amal var: Ulu Öndərin layiqlı davamçısı olan İlham Əliyevə yekdilliklə səs verək!
Bu gün efirlərdə çıxış edən Prezidentimizi ekrandan görən azyaşlı nəvələrimiz: “Baba, İlham baba danışır, gəl bax,” – deyirsə, şəxsən mən bu ifadələrdən qürurlanıram.
Mən, ailə üzvlərim, yaxınlarım və deyərdim Qəhrəman Tərtər rayonunun bütün sakinləri Prezidentliyə namizəd İlham Əliyev cənablarına səs verəcəklər.
Adil HÜSEYNOV,
şəhər sakini