Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    Güvəndiyim namizədə səs verəcəyəm

    Budəfəki seçkilər bir sıra özəlliklərinə görə diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə ən şanlı səhifə olaraq yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub, regionda yeni reallıqlar yaratmışdır ki, bu reallıqlarla bütün dünya razılaşır. Biz güclü dövlət kimi dünyada tanınırıq və dünya ölkələri üçün etibarlı tərəfdaşıq. Mən belə qeyd edə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandamız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabar 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən düzgün siyasət və hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyü və süverenliyi tam bərpa olunmuşdur. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etmiş oldu. Mənim də öz seçimim məhz xalqın qa-lib lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
    Xalqımızın fevralın 7-də seçkilər vasitəsilə xoşbəxt gələcəyini, dövlətinin etibarlı liderini müəyyənləşdirəcəyinə, güvəndiyi namizədə etimad göstərəcəyinə şübhə yoxdur. Heç kəsə sirr deyildir ki, bu seçkinin mütləq favoriti və qalibi təkcə bölgədəki proseslərin deyil, tarixin gedişini dəyişmiş və möhtəşəm qələbəsi ilə yeni tarix yazmış müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

    Kamil MƏMMƏDOV,
    Hacıqərvənd kəndinin sakini

     

    Müəllif: Redaktor, 11:22

İsmarıclar bağlıdır.