Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr
    Digər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tərtər rayonunda “Heydər Əliyev ili” çərçivəsində maarifləndirici sosial kampaniya keçirib üçün şərhlər bağlıdır

    “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC və Hədəf STEAM liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya keçirilib.
    Rayonumuzun Xoruzlu kənd tam orta məktəbində şagirdlər üçün təlimlər təşkil olunub. Təlimlər informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzularını əhatə edib.
    Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmsal fərqliliyin aradan qaldırılmasıdır.
    Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb və sertifikatlar təqdim olunub.
    Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məktəbə printer, şagirdlərə bel çantası və dərs ləvazimatları hədiyyə edilib.
    Tədbirdən sonra qonaqlar şagirdlərlə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.

  • 19Apr
    Təhsil Müəllimlərimin Tərtərə gəlişi məni qürurlandırdı üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
    2018-2019-cu illərdə BDU-nun Fizika fakultəsində “Fizika müəllimliyi” ixtisası üzrə əlavə təhsil aldım.
    Həmin diplomu mənə BDU-nun indiki rektoru Elçin Babayev təqdim etmişdi.
    Hal-hazırda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun “Üzvi birləşmələrin və neft məhsullarının spektral üsullarla tədqiqi” laboratoriyasında elmi işçi vəzifəsində çalışıram. 2021-ci ildə “Neft kimyası” ixtisası üzrə dissertanturaya qəbul olmuşam.
    Mənə elə gəlir ki, BDU-nun çoxhörmətli professor-müəllim heyətinin qəhrəman Tərtərdə keçirdikləri tədbir, Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı oxuduqları mühazirələr neçə-neçə gəncin qəlbində elmə maraq oyadacaq və mənim kimi onların yolu da bu elm məbədindən keçəcək.

    Nərgiz Orucova

  • 19Apr
    Digər Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet məsələsidir üçün şərhlər bağlıdır

    Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər.
    Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosial-yönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsi-yasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin etmişdir. Məhz, dövlət başcısı cənab İlham Əliyevin bu istiqamətdə ötkəm və prinsipiallığı təqdirəlayiqdir.
    Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına cevrilirlər. Qanunvericiliyimiz korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipial və maraqlı olmalıdırlar. Daha ətraflı »

  • 19Apr
    Digər Məktəb həyatı üçün şərhlər bağlıdır

    TARİXİMİZİ ÖYRƏNİRƏM

    Mən şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbin VIII sinfində oxuyuram. Ən çox sevdiyim fənlər ədəbiyyat, Azərbaycan dili və tarixdir. Xüsusən də Azərbaycan tarixini öyrənməyə çalışıram. Həmçinin 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı qələbələr, şəhidlərimizin həyatı və döyüş yolu haqqında materialları toplayıb oxuyuram, öyrənirəm.
    Şəhidlərimizin həyatı bizim üçün qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. “Şəhidlər unudulmazdı” adlı şeirimi də mən onlara həsr etmişəm. Düzdür bilirəm ki, şeir yazmaq o qədər də asan deyil, lakin bu misralar mənim ürəyimdən gəldiyi üçün birinci bəndi məqalədə yazmaq istədim:
    Şəhidlər ölümsüzdür,
    Buna inanırıq biz.
    Qanları yerdə qalmaz,
    Şəhidlər unudulmaz.
    Rəsm çəkməyi də çox sevirəm. Xocalı faciəsinə həsr etdiyim rəsm rayonumuzda məktəblilər arasında keçirilən müsabiqədə yer tutdu və mən Fəxri fərmana layiq görüldüm.
    Arzu edirəm ki, gələcəkdə Azərbaycan Ordusunun əsgəri kimi mən də Vətənimizin keşiyində şərəflə dayanım.

    Anar MƏMMƏDOV

  • 19Apr
    Digər ELAN üçün şərhlər bağlıdır

    Müstəqil auditorun hesabatı

    “NƏRGİZ KREDİT İTTİFAQI” MMC-nin RƏHBƏRLİYİNƏ MÜSBƏT RƏY

    Mən, “NƏRGİZ KREDİT İTTİFAQI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini əks etdirən balans hesabatının və cari ilin mənfəət və zərərləri haqqında hesabatından ibarət, habelə pul vəsaitlərinin hərəkəti haqqında qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.
    Maliyyə hesabatlarının hazırlanmasına görə
    rəhbərliyin məsuliyyəti
    Rəhbərlik bu Maliyyə Hesabatlarının Beynəlxalq Stan-dartlarına uyğun olaraq hazırlanmasına və ədalətli təqdimatına və daxili nəzarətin elə bir sisteminin düzgün təşkilinə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərə yol verilmədən maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.
    Auditorun məsuliyyəti
    Mənim vəzifəm apardığım audit əsasında bu maliyyə hesabatına dair rəy verməkdən ibarətdir. Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Həmin standartlara uyğun olaraq etik normalara əməl edilməli və audit elə planlaşdırılıb aparılmalıdır ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair tam əminlik əldə edilsin. Daha ətraflı »

  • 14Apr
    Digər Azərbaycan və Qazaxıstan arasında əlaqələr və müttəfiqlik münasibətləri möhkəmlənir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə. Küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.

    Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

    Prezident İlham Əliyev qeyd edib ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

    Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Daha ətraflı »

  • 13Apr
    Digər Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu üçün şərhlər bağlıdır

    Müzəffər Azərbaycan Ordusunun yaranma tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1994-cü ilin 9-10 aprel tarixlərində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərkən Heydər Əliyev deyib: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”

    Ulu Öndər hərbi peşəni, zabitlik peşəsini, Vətəni müdafiə işini müqəddəs hesab edirdi.

    Bildirirdi ki, hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.

    Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ümummilli Lider fəxrlə deyib: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var,

    Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Daha ətraflı »

  • 10Apr
    Digər Bugünkü uğurlu inkişafımızın arxasında xalqlarımızın böyük liderlərinin əməyi durur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.

    Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

    Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.

    Prezident İlham Əliyev deyib ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Daha ətraflı »

  • 10Apr
    Digər 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir üçün şərhlər bağlıdır

    2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilərkən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

    O zaman növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən bir çox amillər vardı. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.

    2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etmişdir.

    2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Daha ətraflı »

  • 10Apr
    Digər Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva üçün şərhlər bağlıdır

    1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

    XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

    1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Daha ətraflı »