Kəskin respirator xəstəlikləri və bunların profilaktikası
Kəskin respirator virusu infeksiyası yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişası zədələnir. Yaz, payız, qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəb isə soyuğun təsirindən tənəffüz yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu qrup xəstəliklərə qrip, paraqrip, ade-novirus, rinovirus və respitator-sinsital virusların törətdiyi xəstəliklər aiddir.
Kəskin respirator virus infeksiyası yer üzərində ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 faizi uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnmə səbəbləri, onların uşaq kollektivinə – məktəb və bağçalara getməsi ilə əlaqədardır.
Bütün respirator virusların doğurduğu xəstəliyin ilkin əlamətləri, demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəliklərinin) kəskinləşməsi baş verə bilər. Daha ətraflı »


Prezident İlham Əliyev 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.
Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin suallarına cavab olaraq Prezident deyib ki, ikinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı bildirib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
Zöhrab Məmmədov 1941-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Dövlət Aqrar Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə rayonumuzun “Oktyabr” kolxozunda baş iqtisadçı kimi başlamış, ictimai əsaslarla kolxoz sədrinin müavini işləmiş, sonra rayon komsomol komitəsi-nin I katibi, Azərbaycan KP MK-da təlimatçı, müxtəlif vaxtlarda Qubadlı, Abşeron rayonlarının I katibi vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən qaynar dövrü Ulu Öndərin hakimiyyəti dövründə olmuşdur.
Tarix şəxsiyyətlər yetirir. Şəxsiyyətlər isə tarixi yaradır. Bəşər tarixinə nəzər salsaq onun dahi şəxsiyyətlərin çiynində dayandığını görərik.
Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
Ötən ilin son günlərində rayonumuzdan olan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfərə dövlətimiz tərəfindən tikilmiş fərdi evlər təqdim olundu. Şəhid ailələri– Seydimli kəndindən olan Şirin İsmayılova, Əskiparadan Niyaz Qasımova, Hacıqərvənddən Rəcəb Muradov və Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri –Tərtər şəhər sakini Cəmil Səfərov, Qaradağlı kənd sakini Abil Quliyev 2023-cü ili yeni evlərində qarşıladılar.
Yeni ismarıclar