DİPLOMAT
SSRİ dövründə aldığı 33 mükafat və təltiflərin ilki 1945-ci ildə, sonuncusu isə 1988-ci ildə verilən Ulu Öndər Heydər Əliyev, müstəqillik dövründə 87 mükafatın birincisinə 1996-cı ildə, sonuncusuna isə 2003 -cü ildə layiq görülüb. SSRİ dövründə aldığı mükafat və təltiflərə 43 illik fəaliyyəti dövründə, müstəqillik dövründə aldığı mükafat və təltiflərə isə cəmi 7 illik fəaliyyəti dövründə layiq görülüb. Əslində bu iki faktın müqayisəsi Ümummilli Liderin Canım, Nəfəsim dediyi Azərbaycana nə qədər bağlı olduğunu, Azərbaycan Bayrağının bayraqlar içində qürurla dalğalanması, İmzasının imzalar içində duruşunun var olması üçün nə qədər gərgin əmək sərf etdiyini gözlər önünə sərmiş olur. Müstəqillik dövründə almış olduğu 87 mükafat və təltifin 45-nin Türkiyə Cümhuriyyəti dövlətinin adı ilə bağlı olması isə bir çox diplomatik üfüqlərin açılışının işarələridir. Qeyd etməliyəm ki, nəinki adi vətəndaşların, hətta yüksək diplomatik bacarıqlara sahib olan siyasi aktyorların belə 2003-cü il-də bu günün Azərbaycan–Türkiyə münasibətlərini hesab etmələri o qədər də mümkün görünmürdü. Am-ma bunu hesab edən, siyasi gedişlərin konturlarını müəyyən edən bir Zəka mövcud idi.
Tarixə kiçik bir səyahət etsək, düşünürəm ki, bizlərə müəmma kimi görünən və 1921-ci ildən başlayan bir prosesin Heydər Əliyev tərəfindən diqqətlə izləndiyini, çözüldüyünü və bu çözülmələrdən yola çıxaraq çoxgedişli kombinasiyaların qurulduğunu görmüş olarıq. 1921-ci il Moskva müqaviləsində üzərində israr edilən “Türk qapısı” adlanan Naxçıvan məsələsi özünün ədalətli həllini tapdıqda, Türkiyə diplomatları Mustafa Kamal Paşaya müraciətlə “Naxçıvan üzərində əldən gələni yapdıq” dedikdə, O, “Qapımızın mövcu-diyyətini mühafizə edin, bizim üçün mühüm olan budur” söyləmişdir. ” …Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir” – deyə bəyan edən Ulu Öndər Heydər Əliyevin diplomatik bacarıqlarının diplomatiya tarixini öyrənərək inkişaf etdirdiyinə bir işarədir. O, bu günün, sabahın diplomatik gedişlərini uzun illər öncədən başlayan diplomatik gedişlərin üzərində qurmaqla durmadan inkişaf edən diplomatiyanın özülündə yer almağa nail olmuşdur. Bir çox siyasi aktyorların uğursuzluqlarının səbəblərindən biri olan bu amili Heydər Əliyev zərgər dəqiqliyi ilə ölçmüş və bu amilin yarada bildiyi uğursuzluqların Ondan yan keçməsinə nail olmuşdur. Daha ətraflı »
Yeni ismarıclar