Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    DİPLOMAT

    SSRİ dövründə aldığı 33 mükafat və təltiflərin ilki 1945-ci ildə, sonuncusu isə 1988-ci ildə verilən Ulu Öndər Heydər Əliyev, müstəqillik dövründə 87 mükafatın birincisinə 1996-cı ildə, sonuncusuna isə 2003 -cü ildə layiq görülüb. SSRİ dövründə aldığı mükafat və təltiflərə 43 illik fəaliyyəti dövründə, müstəqillik dövründə aldığı mükafat və təltiflərə isə cəmi 7 illik fəaliyyəti dövründə layiq görülüb. Əslində bu iki faktın müqayisəsi Ümummilli Liderin Canım, Nəfəsim dediyi Azərbaycana nə qədər bağlı olduğunu, Azərbaycan Bayrağının bayraqlar içində qürurla dalğalanması, İmzasının imzalar içində duruşunun var olması üçün nə qədər gərgin əmək sərf etdiyini gözlər önünə sərmiş olur. Müstəqillik dövründə almış olduğu 87 mükafat və təltifin 45-nin Türkiyə Cümhuriyyəti dövlətinin adı ilə bağlı olması isə bir çox diplomatik üfüqlərin açılışının işarələridir. Qeyd etməliyəm ki, nəinki adi vətəndaşların, hətta yüksək diplomatik bacarıqlara sahib olan siyasi aktyorların belə 2003-cü il-də bu günün Azərbaycan–Türkiyə münasibətlərini hesab etmələri o qədər də mümkün görünmürdü. Am-ma bunu hesab edən, siyasi gedişlərin konturlarını müəyyən edən bir Zəka mövcud idi.
    Tarixə kiçik bir səyahət etsək, düşünürəm ki, bizlərə müəmma kimi görünən və 1921-ci ildən başlayan bir prosesin Heydər Əliyev tərəfindən diqqətlə izləndiyini, çözüldüyünü və bu çözülmələrdən yola çıxaraq çoxgedişli kombinasiyaların qurulduğunu görmüş olarıq. 1921-ci il Moskva müqaviləsində üzərində israr edilən “Türk qapısı” adlanan Naxçıvan məsələsi özünün ədalətli həllini tapdıqda, Türkiyə diplomatları Mustafa Kamal Paşaya müraciətlə “Naxçıvan üzərində əldən gələni yapdıq” dedikdə, O, “Qapımızın mövcu-diyyətini mühafizə edin, bizim üçün mühüm olan budur” söyləmişdir. ” …Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir” – deyə bəyan edən Ulu Öndər Heydər Əliyevin diplomatik bacarıqlarının diplomatiya tarixini öyrənərək inkişaf etdirdiyinə bir işarədir. O, bu günün, sabahın diplomatik gedişlərini uzun illər öncədən başlayan diplomatik gedişlərin üzərində qurmaqla durmadan inkişaf edən diplomatiyanın özülündə yer almağa nail olmuşdur. Bir çox siyasi aktyorların uğursuzluqlarının səbəblərindən biri olan bu amili Heydər Əliyev zərgər dəqiqliyi ilə ölçmüş və bu amilin yarada bildiyi uğursuzluqların Ondan yan keçməsinə nail olmuşdur.
    2016-cı ildə bəzi ermənipərəst rus deputatların ləğvi ilə bağlı tələbləri kütləvi informasiya vasitələrində gündəmə gətirdikləri Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqaviləsi idi. Moskva müqaviləsində Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsini RSFSR MİK (20 mart 1921) və Türkiyə Böyük Millət Məclisi (21 iyul 1921) tərəfindən təsdiqləmişdir.
    1921-ci ildən başlayan diplomatik gedişlərin nəhayətində 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə – “Şuşa Bəyannaməsi” dayanır. Əslində bu Bəyannamə artıq çoxtərəfli müqavilələrin, hərbi müttəfiqliklərin iflasa uğradığının təzahürü kimi qiymətləndirilir. Bu gün Ukrayna müharibəsi NATO-nun, Vətən müharibəsi KTMT-nin, artıq yalnız adı qalan çoxtərəfli müqavilələrə çevrilməsini və çoxdan Varşava Müqaviləsinin taleyini yaşadığının təzahürlərini hər kəs görməkdədir. Bu günün tələbi və siyasi arenada daha çox söz sahibi olan qarşılıqlı müdafiə müqavilələri artıq çoxtərəfli deyil, ikitərəfli müqavilələrdədir. 1921-ci ilin fevralında Ankara hökumətinin xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gəldikdən sonra danışıqlara başlanmışdır. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq ko-missarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İc-raiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə TBMM Xarici işlər vəkili Yusuf Kemal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad Paşa imzaladılar. Danışıqlarda Azərbaycanın Türkiyədəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak etmişdir.
    Sözügedən iki tarixi Müqavilə və bir Bəyənnamənin arasında uzun illərə hesablanmış strateji hədəflərə çatmaq üçün qarşımızda keçilməz sədd kimi çəkilmiş və Qırmızı İmperiyanın Qarabağ düyünü vardı. Mütləq bu sədd aşılmalı, dünyanın siyasi konjukturlarını ye-nidən müəyyənləşdirən, diplomatik anlaşmalara yeni, əslində özülü 100 il bundan öncə qoyulmuş nəfəsi canlandıra biləcək Diplomata bir toplum olaraq çox ehtiyacımız var idi. Bu ehtiyacı ödəyəcək tarixi şəxsiyyəti bu toplum artıq yetişdirə bilmişdi. Dünyanın siyasi masasında artıq çoxtərəfli anlaşmaların, müqavilələrin özünü doğrultmadığı, heç də bütün siyasi fi-qurların çözə bilməyəcəyi bir durum halına gəlmişdi. Bu elə bir prosesdir ki, illərin sınağından çıxaraq deyil, gələcəkdə baş verə biləcəklərlə hesablanılan və gəlinən bir qənaətdir.
    Bu qədər maraqların bir düyündə toqquşması, hadisələrin öz cığırından çıxması, Azərbaycanı hissələrə bölmək istəyənlərin fəallaşması artıq idarəolunmaz fazaya keçmişdi. Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər kilid nöqtəni ölkədə yaradılması zəruri olan sabitlik şəraitini seçdi. Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxarıb harmoniya və nizam məcrasına salan, ölkədə ictimai-siyasi sabitliyi təmin edən, XXI yüzillikdə dünyanın sivil dövlətləri ilə yanaşı addımladan dahi siyasətçi, Ümummilli lider Heydər Əliyev əmək fəaliyyətinə təhlükəsizlik orqanlarında başlamışdı və leytenantdan generala, əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksələn həyat fəaliyyəti bu ağır işin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübə idi. 90-cı illərin əvvəlləri Azərbaycan ixtişaşlı və müharibə ocağı olan ölkələr sırasına çıxmışdı. Daxili və xarici missionerlərin ayaqlarını cilovlamaq və ölkəyə nəhəng investorları cəlb etmək heç də asan bir məsələ deyildi. Dünyanın karbohidrogen mədənlərinə ən çox sərmayə qoyan şirkətləri ölkəyə cəlb etmək fikrinin qarşısını “müharibə ocağı” ünvanı kəsirdi. Amma bütün diplomatik səylər, siyasi masalarda gedən məsləhətləşmələr bu səhmdarları ölkəyə gətirə bildi və 1994-cü ildə “Əsrin Müqaviləsi” bağlanıldı. Əslində bu müqavilə Azərbaycana olan xarici təhdidlərin önünü kəsməkdə çox böyük əhəmiyyətə sahib idi. Onu da düşünmək gərəkdir ki, ən yaxın iki qonşumuz bu böyük layihədən daha çox pay götürmək üçün hətta ölkəmizdə hakimiyyət dəyişikliyinə belə girişimlər etməyə başladılar. Şimal və cənub qonşularımızın bu girişimlərini məharətlə suya düşürən Heydər Əliyev zəkası öz işini görməkdə idi. Ulu Öndərin o dövrdə təmas xəttini şəxsən özü ziyarət edərkən İran istehsalı olan uzaq mənzilli raket mərmisinin onun dayandığı səngərin yaxınlığına düşməsi hansısa təsadüflə bağlı deyildi. Həmin mərminin partlamamış hissəsinin İranın dövlət başçısı Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncaninin masasının üzərinə qoyulması və onun hesabının sorulması da yalnız Heydər Əliyev dühasının bəhrəsi ola bilərdi.

    Oqtay Sarıkişiyev,
    Qarabağ Regional Təhsil İdarəsi
    Tərtər rayonu üzrə təhsil
    sektorunun müdiri

    Müəllif: Redaktor, 12:50

İsmarıclar bağlıdır.