Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
Qeyd olunub ki, Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur.
Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.
Prezident ilham Əliyev deyib ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.
Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.
Bildirilib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Daha ətraflı »


na birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Bakıda görünməmiş qırğınlar törətdi. Bu qırğın zamanı qadın, uşaq, qocaya fərq qoyulmadan müstəqillik istəyən azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Lakin xalqımıza qarşı törədilmiş bu mərhəmətsiz hərəkət əks təsir yaratdı və faciədən az sonra – 18 oktyabr 1991-ci ildə Azərbaycan öz haqq səsini ucaldaraq, müstəqilliyini bütün dünyaya bəyan etdi.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Hey-dər Əliyev ili”nə həsr edilmiş məktəblilər ara-sında şahmat turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.
Azərbaycan mətbuatının əsa-sını qoyan “Əkinçi” qəzetinin ilk nüsxəsi çapdan çıxdığı gündən onun üzərində daim senzura olub. Xalqın maariflənməsindən ehtiyat edən çar Rusiyası bu həqiqət carçısının fəaliyyətindən çəkinərək, hər vasitə ilə onun bağlanmasına təsir göstərirdi. Beləliklə də, “Əkinçi”nin çapı az bir müddətdən sonra dayandırılsa da, onun yaydığı mütərəqqi ideyaların qığılcımları sönmədi, Azərbaycanda nəşr olunan digər qəzet və jurnalların fəaliyyəti ilə davam etdirildi.
1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürücüsü ix-tisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyo-ru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisaslarını bitirib.
1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci ildə orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertolyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdılar.
Mən Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində doğulmuşam. 20 yaşına kimi burada yaşamışam. 1988-ci ildə deportasiya nəticəsində ailəmiz kəndimizi tərk edərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Ailədə atam, anam və 6 övlad olmuşuq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir”adlı respublika rəsm və əl işləri müsabiqəsində Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzinin dərnək üzvləri Aysu Qasımlı və Minayə Həsənli rəsm və əl işi nomina-siyası üzrə birinci yerə çıxaraq diplomla təltif olunmuşlar.
Yeni ismarıclar