Rüstəmin anası Arifə xanım deyir ki, orduda xidmət edən oğlu ad gününə qalmış 4 gün müddətində hər axşam onlara zəng vururdu. Sanki ürəyini boşaltmaq istəyirdi. 19 ildə çox danışan olmamışdı. İndi isə ilk dəfə olaraq uzun müddət ailəsindən uzaq düşmüşdü. Atasına, anasına, qardaşlarına olan məhəbbətini onlara çatdırmağa tələsirdi. Komandirlərindən, yoldaşlarından danışırdı. Qardaşlarına tapşırırdı ki, özünüzü ordu həyatına hazırlayın, idmanla məşğul olun.
Rüstəm 22 sentyabr 2001-ci ildə Yuxarı Qapanlı kəndində anadan olub.
Sentyabrın 28-də valideynlərinə son zəngi gəldi. Həyəcanlıydı, amma bu həyəcanda bir fəxarət, qürur hissi də vardı. Dedi ki, narahat olmayın, az qalıb, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Nankor qonşularımız bir daha nə bizim kənd camaatının, nə də başqalarının rahatlığını poza bilməyəcəklər. Həmin gün Yuxarı Qapanlı kəndi ermənilər tərəfindən atəşə tutulurdu. Rüstəmin atası Firqani Hacıyev sanki bu səsləri eşitmirdi. Onun bütün fikri cəbhədə böyük oğlu Rüstəmin yanındaydı. Rüstəmin tərkibində olduğu hərbi hissə Kəlbəcər istiqamətində döyüşürdü. Daha ətraflı »
-
20SenŞəhidlər 19 yaşı tamam oldu, 4 gün sonra müharibə başladı… üçün şərhlər bağlıdır
-
20SenŞəhidlər Beş oğuldan biri üçün şərhlər bağlıdır
Onlar ailədə beş qardaş idilər. Hər birinin arzuları vardı. Talehin isə ən böyük arzusu anasının rahat və xoşbəxt yaşamasıydı. Həddindən artıq zəhmətkeş olan ana həm çöl işinə gedir, həm ailədə 5 oğul və ataya qulluq edirdi. Gecəsi-gündüzü olmurdu. Hərdən anasının işdən-gücdən başı açılanda, şirin söhbətlər edirdilər. Taleh anasına söz vermişdi ki, təzə ev tikdirəcək, özündən balaca qardaşlarını böyütməyə kömək edəcək.
Məhərzadə Taleh Oqtay oğlu 1995-ci il dekabrın 10-da rayonumuzun Qaynaq kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra kənddə müxtəlif özəl təsərrüfatlarda çalışmışdı. 2013-cü ildə orduya çağırılmış, 2015-ci ildə nümunəvi əsgər kimi xidmətini başa vurmuşdu.
Birinci Qarabağ müharibəsindən sonra doğulan Taleh atəşkəs dövründə yaşasa da, ermənilərin onun doğ-ma kəndinin sakinlərinə qarşı törətdikləri təxribatların şahidi olmuş, vətənpərvər ruhda böyümüşdü.
Odur ki, 2020-ci il sentyabrın əvvəllərində o, Azərbaycan Ordusu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün müraciət edib. Bu vaxt qardaşı Sakit də ordudaydı, gizir işləyirdi. Daha ətraflı » -
20SenŞəhidlər Babanın öyüdü ilə böyüyən nəvə üçün şərhlər bağlıdır
Vətəni, milləti, bayrağı, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz şücaət və rəşadət göstərmiş və ən böyük fədakarlıq edərək canından keçmiş igidlərimizdən biri də Bəyimsarov kəndindən olan Tural Aqil oğlu Məmmədlidir.
Onun ailəsi 1988-ci ildə bu kəndə Göyçə mahalından köçüb.Tural həmin hadisələri görməyib. O, 10 il sonra, 1998-ci ilin bayram günündə, martın 22-də dünyaya gəlib.
Amma digər nəvələr kimi, babası Vəli kişinin söhbətlərini dönə-dönə dinləyib. O yerlərin vurğunu olub. Ev-eşiklərini dağıdan, doğmalarını elindən-obasından didərgin salan ermənilərə qarşı nifrət və qəzəb bürüyüb qəlbini.
Tural uşaqlıqdan yaşıdları arasında seçilirdi. İdmanı çox sevir, at çapır, bir sözlə, sanki bütün hərəkətləri ilə özünü hərbçi həyatına hazırlayırdı.
Həqiqi hərbi xidmətə böyük həvəslə yollandı. Əsgərlikdə baş atıcı idi. Anasının məhəbbətlə qoruyub saxladığı təşək-kürnamələr, Fəxri fərmanlar onun nümunəvi əsgər olduğunu göstərir.
Müharibəyə də könüllü getdi. Dedi ki, üç qardaşıq. Birimiz getməliyik. Mən gedib Vətən qarşısında borcumu yerinə yetirəcəyəm. Getdi və sözünə də əməl elədi. Bütün varlığı ilə bu müharibənin tezliklə başa çatmasına çalışdı. Daha ətraflı » -
20SenŞəhidlər “O, mənim sirdaşım idi, indi isə qürurumdur üçün şərhlər bağlıdır
Bu sözləri şəhid Ceyhun Hacızadənin anası Qətibə xanım deyir. Ceyhungil ailədə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. O, ikinci övlad idi. Ceyhun valideynlərilə bərabər ailə qayğıları ilə yaşayırdı. Hər işdə anasının kömək-çisiydi. Elə dostlarına, sinif yoldaşlarına da münasibətində yanımcıllıq, doğmalıq vardı.
Hamıya can yandıran, kömək etməyə çalışan Ceyhun Vətənin çağırışına da birincilər sırasında cavab verdi. Anası ilə görüşəndə onun bir qədər qəmgin olduğunu görüb, demişdi: “Sənin Kəlbəcər həsrətin uşaqlığımdan mənə də keçmişdi, ana. İndi məqamdır. Bu həsrətə son qoyulacaq.”
Məcburi köçkünlərimizin torpaq həsrətinə son qoyan bu müharibə Vətənini canından çox sevən oğlanların qəhrəmanlığı sayəsində qazanıldı. Belə gənc-lərdən biri də Evoğlu kəndinin sakini Ceyhun Hacızadədir.
Hacızadə Ceyhun İfrayıl oğlu 1992-ci il avqustun 16-da rayonumuzun Evoğlu kəndində doğulub. Bu kənddə də orta məktəbi bitirmişdi.
Həqiqi hərbi xidmətini uğurla başa vurmuş, bundan sonra elə kəndlərində işləyərək, valideynlərinə, bacı-qardaşına kömək edirdi. Qardaşı Xaqani və bacısı Sevinc ailəliydilər, Ceyhun isə yenicə ailə qurmağa hazırlaşırdı. Müharibə başlamazdan bir az əvvəl nişanlanmışdı. Daha ətraflı » -
20SenHərbi vətənpərvərlik Ölümdən dönənlər üçün şərhlər bağlıdır
İGİD DÖYÜŞÇÜ
Mehdi Sabirzadə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Onunla redaksiyamızda görüşdük. Sağlam düşüncəli, arzuları xoşbəxt gələcəklə bağlı bir gəncdir. İlk söhbətimizdən onun haqqında xeyli məlumat əldə etdim. Bildirdi ki, Səhlabad kəndindəndir. 2 saylı məktəb-liseyin 2015-ci il məzunu olub. Universitetdə sevdiyi ixtisasa yiyələnib. Vətənə xidməti borcunu Bakı şəhərində xüsusi təyinatlı qüvvələrdə çəkib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış 44 günlük Vətən müharibəsi başlayıb. Hərbidə xidmət edən başqa oğullarımız kimi, o da odun-alovun içinə atılıb. 2020-ci il sentyabrın 21-dən gücləndirilmiş təlimlərə başlayıb. O zaman sanki hamının qəlbində ermənilərin cinayətlərinin qarşısının alınmasının vaxtı çatdığı, cavablarının verilməsi hissi vardı. Sentyabrın 27-də döyüşlər başlayanda Mehdi Goranboyda hərbi xidmətdəydi. Füzuli rayonundan Vətənin müdafiəsinə qoşuldu. Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Topxana, Daşaltı və mədəniyyətimizin baş tacı olan Şuşamızdan keçib. Söhbətimizin əsasını da elə döyüş günləri təşkil etdi. Daha ətraflı » -
20SenHərbi vətənpərvərlik Döyüşən müəllimlərimiz üçün şərhlər bağlıdır
YAXINLIĞINA 4 RAKET MƏRMİSİ DÜŞDÜ…
Elcan Nadirli 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılıb. Müharibənin ilk günündən son gününədək cəbhə yollarında inamla addımlayıb. Əlində silah düşmən hücumlarının qarşısını alıb. Azərbaycan Ordusunun irəliləməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Müharibə bitsə də, bir əsgər kimi Orduda xidmətini davam etdirib. Dekabrın 1-də doğma Laçın torpağına ilk dəfə ayaq basanlardan biri olub. Bu barədə Elcan müəllim belə danışır:
– 44 günlük Vətən müharibəsi bütün xüsusiyyətlərinə görə tarixdə görünməyən bir savaş idi. İlk olaraq bu, Ordumuzun yüksək vətənpərvərlik əhval-ruhiyyəsi ilə bağlıydı. Biz torpaqlarımızı işğaldan azad edirdik və hər bir qələbəmiz sevinc hissi doğururdu. Daha ətraflı » -
20SenTəhsil Tərtərli əkizlər Türkiyədə təhsil alacaqlar üçün şərhlər bağlıdır
Amin və Ziba əkiz bacı-qardaşdılar. Rayonumuzun Seydimli kəndində doğulub boya-başa çatıblar. Şəhər 2 saylı məktəb-liseyin məzunlarıdır.
Onların hər ikisi təhsil ardınca qardaş Türkiyəyə yola düşüblər. Eyni Universitetdə–Türkiyənin Giresun Universitetində təhsil alacaqlar. Amin kompüter mühəndisliyi, Ziba isə iqtisadiyyat ixtisası üzrə oxuyacaq. Hər ikisinin ixtisası müasir həyatımıza uyğun olduğu üçün, yaxşı oxumağa, valideynlərinin etimadını doğrultmağa söz veriblər.
Həmçinin qardaş ölkəni görmək, burada yaşamaq onlar üçün çox maraqlıdır.
Yola düşməzdən əvvəl qəzetimizə verdiyi müsahibəsində Amin dedi:
– Bu il məktəbi bitirən sinif yoldaşlarımızın əksəriyyəti universitetlərə qəbul olub. Mən və bacım onların hamısını təbrik edir, bol-bol uğurlar arzulayırıq. Söz verirəm ki, Türkiyədə Azərbaycanı layiqincə təmsil edəcəyik.“Yeni Tərtər”
-
20SenTəhsil Tənqiddən nəticə çıxarılmalıdır üçün şərhlər bağlıdır
Məlum olduğu kimi, rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 420 nəfərdən 302 nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Universitetlərə daxil olanların sayı ötən illə müqayisədə 96 nəfər çoxdur.
Bununla belə, rayonumuzun bəzi məktəblərinin əldə etdikləri göstəricilər ürəkaçan olmayıb. Bu, Qazyan, Yuxarı Sarıcalı, Borsunlu kənd tam orta məktəblərinə aiddir. Belə ki, cari ildə ali məktəblərə qəbul zamanı həmin məktəblərin hər birindən bir nəfər, İsmayılbəyli kənd tam orta məktəbindən isə 2 nəfər tələbə adını qazana bilib.
Həmin məktəblərin pedaqoji kollektivləri yeni dərs ilində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha ciddi çalışmalıdırlar. Çünki hər bir ölkənin gələcəyini təmin edən onun insan resurslarıdır. Bu sırada isə təhsilin keyfiyyətinin artırılması başlıca rol oynayır.“Yeni Tərtər”
-
20SenMilli-mənəvi dəyərlər Hikmətli kəlamlar üçün şərhlər bağlıdır
Məhəmməd Peyğəmbərin (ə.s.)
elm haqqında dedikləriAlimin ölümü-dünyanın məhvidir.
Ömrünü elmə həsr edən adam heç vaxt ölmür.
Bir saat elmlə məşğul olmaq altmış il namaz və dua ilə məşğul olmaqdan xeyirlidir.
Uşaqlıqdan qazanılmış bilik daşa həkk olunmuş yazıdır.
Elmsiz adamlar diri ikən ölü kimidirlər. Elmlilər isə öləndən sonra da yaşayırlar.
Cənnət anaların ayaqları altındadır.Toplayanı: Qədir Tərtərli
-
20SenDigər Erməni təxribatlarına qarşı ən güclü silahımız milli həmrəyliyimizdir üçün şərhlər bağlıdır
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.
“Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanı sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Daha ətraflı »
Yeni ismarıclar